2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Prezidentin qarşısına sədd çəkdilər ki, bu yataqxananı görməsin” – FOTOLAR

Kürdəmidə məskunlaşan 200-ə yaxın məcburi köçkünün həyatı təhlükə altındadır 

Rabil Şükürov: ”Deputatımızı tanımırıq ki, dərdimizi ona da deyək…”

Kürdəmir peşə litseyinin (əvvəlki adı 115 nömrəli texniki peşə məktəbi) yataqxanası qəzalı vəziyyətdədir. 200-ə yaxın məcburi köçkünün məskunlaşdığı yataqxananın yaşayış üçün yararsız vəziyyətdə olması ilə bağlı hüquqi rəy də var.
Kürdəmir rayon İcra Hakimiyyəti bu faktı nəzərər alaraq məcburi köçkünlərə yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb. Amma məcburi köçkünlərə nə yaşayış binası tikilir, nə də başqa yerə köçürülür.
Bu barədə “Bizim Yol”-a sözügedən yataqxanada məskunlaşan Ağdam rayon sakini Şükürov Rabil Vəliəddin oğlu məlumat verib.  O bildirir ki, həmin yataqxanada iyirmi ildən çoxdur Ağdam, Laçın və Şuşa rayonlarından məcburi köçkün məskunlaşıblar.
“Məskunlaşdığımız yataqxananın qəzalı vəziyyətdə və həyatımıza təhlükənin olması ilə bağlı Prezidentə, Baş nazirə, eləcə də, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət etmişik. Müraciətdə yaşayış binasının tikilməsini, ya da sakinlərin başqa yerə köçürülməsini istəmişik. Bütün müraciətlərimiz də yerli icra hakimiyyətinə göndərilib. İcra başçısı Ceyhun Cəfərov müraciətimizə cavabında bildirir ki, yerli icra hakimiyyəti məcburi köçkünlər üçün yaşayış binasının tikilməsi üçün torpaq sahəsi ayırıb. Binanı isə Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tikməlidir”,-Rabil Şükürov bildirir.
Şikayətçi deyir ki, Dövlət romitəsinin sədr müavini Gəray Fərhadov qəzalı yataqxanada olub: “Şikayətlərimizdən sonra Avropa Oyunlarından öncə Gəray müəllim bura gəldi və bizə vəd verdi ki, bu idman yarışı bitsin, biz köçürüləcəyik. Amma vəd vəd olaraq qaldı. Prezident Kürdəmirə gələndə də bizim ona yaxınlaşmağımıza və onun da Kürdəmirin mərkəzində yerləşən bu yataqxananın görməsinə qarşı sədd çəkdilər”.
Rabil Şükürov deyir ki, deputatları tanımadıqları üçün onlara müraciət edə bilmirlər: “Dözülməz vəziyyətdə yaşayırıq. Bizimlə maraqlanan yoxdu. Deputatları da tanımırıq, seçicilərlə maraqlanmırlar. Burda yaşamaq mümkün deyil, qəzalı yataqxanada nəyinki məmur, deputat, onların qohumları belə burda yaşamaz.
Sonda bir məsələni də qeyd edim. Biz 5 qardaşıq, bura gələndə uşaq idik. Təsəvvür edin, indi hamıız evlənmənmişik, amma yenə də biz qəzalı yataqxananın bir otağında, azkvadratlı otağında qalırıq”.
Şikayətçi bildirir ki, İmişli rayonunda baş verən zəlzədən sonra məcburi köçkünlər təlaş  içindədir: “Avqustun birində baş verən zəlzələnin gücü 4 bala yaxın hiss olunub. Qəzalı yataqxanada həmin an titrəmə oldu. Vəziyyət daha da pisləşdi. Burda məskunlaşanların narahatlığı artmaqdadır”.
Rabil Şükürovun sözlərinə görə, sonuncu dəfə 100-ə yaxın məcburi köçkünün imzası ilə mərkəzi icra hakimiyyəti qurumlarına müraciət göndərilib. Müraciətdə yaşayış binasının tikilməsi, ya da onların yararlı vəziyyətdə olan evlərlə təmin olunması tələb olunur. Hələ də müraciətə cavab verilməyib.
Ramid İBRAHİMOV

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button