2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezidentliyə namizədlər seçki fondlarına toplanan vəsaiti açıqlayıb

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində prezidentliyə namizədlərin seçki fondlarının gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında deyilir ki, ikinci maliyyə hesabatına görə, prezidentliyə namzidələrin gəlir və xərcləri aşağıdakı kimidir:

– Prezidentliyə namizəd İlham Əliyevin seçki fondunun gəlirləri 720 200 manatdır. Bu vəsaitin 170 200 manatı fiziki şəxslərin, 300 000 manatı hüquqi şəxslərin ianəsi, 250 000 manatı isə namizədliyi irəli sürülən partiya tərəfindən formalaşdırlıb. Əliyevin seçki fonduna yığılan 720 000 manat vəsaitin 481 776,42 manatı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib.

Saytların yığılması Saytlarin yigilmasi

– Prezidentliyə namizəd Zahid Orucun seçki fondunun gəlirləri 43 000 manatdır. Bu vəsaitin 8 000 manatı seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə ödənilib. 35 000 manat isə seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib.

– Prezidentliyə namizəd Razi Nurullayevin seçki fondunun gəlirləri 3 000 (fiziki şəxslərin könüllü ianəsi) manatdır. Bu vəsaitin 2999.33 manatı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib.

 – Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki fondunun gəlirləri 30 000 manatdır. Bunun 10 000 manatı namizədin xüsusi vəsaiti, 20 000 manatı isə fiziki şəxslərin könüllü ianəsi hesabına formalaşıb. Həsənquliyevin seçki fondunun 15 000 manatı seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə ödənilib. 15 000 manatı isə seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib.

– Prezidentliyə namizəd Fazil Mustafanın seçki fondunun gəlirləri 61 400 manatdır. Bunun 11 000 manatı namizədin xüsusi vəsaiti, 400 manatı fiziki şəxslərin könüllü ianəsi hesabına, 50 000 manatı isə namizədliyi irəli sürülən partiya tərəfindən formalaşdırılıb. Vəsaitin 8 000 manatı seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatına, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə ödənilib. 38 200 manatı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib. 13 600 manatı hüquqi şəıxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsinə yönəlib.

– Prezidentliyə namizəd Elşad Musayevin seçki fondunun gəlirləri 5000 (fiziki şəxslərin kömnüllü ianəsi) manatdır. Bu vəsaitin 4428,42 manatı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib.

– Prezidentliyə namizəd Fuad Əliyevin seçki fondunun gəlirləri 2 500 (namizədin xüsusu vəsaiti) manatdır. Bu vəsaitin hamısı seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşəvərət xidməti dəyərlərinin ödənilməsinə xərclənib.

Qeyd edək ki, Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir. Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın 18-dən 28-dək olan dövrü əhatə edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button