Loading...
Loading...
Siyasət

‘Putinə yaxın’ keçmiş Almaniya kanslerinin ofisi əlindən alınır

Almaniya hökumətinə 1998-ci ildən 2005-ci ilədək rəhbərlik etmiş Şröder Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra xüsusilə kəskin tənqidlərə məruz qalır
Rusiya ilə sıx əlaqələrinə görə tənqid olunan keçmiş Almaniya kansleri Gerhardt Şröderin Bundestaqdakı ofisinin əlindən alınmasına dair təklif irəli sürülüb.
Bundan başqa mayın 19-da Avropa Parlamentində Şröderə qarşı sanksiyaların irəli sürülməsinə çağırışlar edilib.
Almaniyanın siyasi dairələrindəki mənbələr DPA agentliyinə deyib ki, Şröderin parlamentdəki ofisinin ləğvi barədə qərarı Bundestaqın büdcə komissiyası qəbul edib.
Bütün bunlara baxmayaraq 78 yaşlı keçmiş kansler keçmiş dövlət başçılarına düşən pensiyanı almaqda və xüsusi mühafizəçilərin xidmətindən istifadə etməkdə davam edəcək.
Almaniya hökumətinə 1998-ci ildən 2005-ci ilədək rəhbərlik etmiş Şröder Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra xüsusilə kəskin tənqidlərə məruz qalır.
O kansler vəzifəsindən getdikdən sonra Rusiyanın Gazprom şirkətinin ŞimalAxını-2 layihəsində vəzifə tutub.
Bu da xəbər verilir ki, parlament komissiyasının qərarında Şröderin Rusiya şirkətləri ilə bağlılığı və ya onun prezident Vladimir Putinə yaxınlığı qeyd olunmur.
DPA agentliyinin mənbəyi bildirir ki, belə yanaşma müəyyən hüquqi mürəkkəbliklərlə bağlı ola bilər.
Mayın 19-da Avropa Parlamentində qəbul edilmiş qətnamədə deyilir ki, Rusiyanın Ukraynaya hücumu ilə bağlı sanksiyalar Rusiya şirkətlərində çalışan keçmiş Avropa siyasətçilərinə də şamil edilməlidir.

Pul azadlıq və demokratiyanı əvəz edə bilməz
Avropa deputatları bu xüsusda bu yaxınlarda Rusiya şirkətlərindəki vəzifələrini tərk etmiş keçmiş Avstriya kansleri Volfqanq Şüsselin və Fransanın keçmiş baş naziri Fransua Filonun adlarını çəkiblər.
Avropa Parlamenti habelə Rusiyanın Rosneft şirkətinnin direktorlar şurasına daxil olan Şröderi və Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslı vəzifələrindən istefa etməyə çağırıb.
Avropa Parlamentinin qəbul etdiyi qətnamədə deyilir:
Ukrayna xalqı ilə həmrəy olaraq qalırıq və bəyan edirik ki, Avropanın sərhədlərində müharibə Avropa üçün sosial və iqtisadi nəticələrə səbəb ola bilər. Tamamilə dərk edirik ki, demokratiya və azadlığın heç bir pul və sosial rahatlıq ekvivalenti yoxdur”.
Avropa Parlamerntinin deputatları Avropa İttifaqının sanksiyalar siyahısının genişləndirilməsinə çağırıblar.
Hazırda Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı olan 6 minədək şəxsin adını qara siyahıya salıb.

24 saat” “
‘Putinə yaxın’ keçmiş Almaniya kanslerinin ofisi əlindən alınır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Azərbaycan prezidenti Ermənistanla danışıqların yubanmasından danışıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button