Xəbərlər

Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü noyabrın 26-da Soçidə olacaq

Loading...

Bakı/23.11.21 Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli danışıqları noyabrın 26-da Soçidə olacaq. Bu barədə noyabrın 23-də RİA agentliyi Kremlin mətbuat xidmətinə istinadən məlumat verib.

Danışıqlar Putinin təşəbbüsü ilə baş tutacaq. Üç ölkə liderlərinin 9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının reallaşmasının gedişinin nəzərdən keçirilməsi, həmçinin regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın qurulması istiqamətində gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək.

Həmçinin Putinin Əliyev və Paşinyanla ayrı-ayrı söhbətləri nəzərdə tutulub, mətbuat xidməti bildirib.

Xatırladaq ki, belə görüş noyabrın 9-da planlaşdırılmışdı. Amma son anda Nikol Paşinyan görüşdən imtina edib.

Bundan sonra Avropa İttifaqı rəhbərinin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Əliyev ilə Paşinyanın görüşü barədə razılıq əldə olunub.

Noyabrın 21-də Putinin Paşinyanla daha bir telefon danışığı olub. Görünür, Soçi görüşü barədə razılıq o zaman əldə olunub. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button