Putin və Ərdoğan pomidordan başqa bütün məsələlərdə anlaşıb
Bu gün Soçi şəhərində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub. Görüşdən sonra birgə mətbuat konfransı keçirən prezidentlər bir sıra məsələlərdə səmərəli müzakirələr apardıqlarını bildiriblər.
Dəvətini qəbul edib Soçiyə gəldiyi üçün Ərdoğana təşəkkür edən Putin mətbuat qarşısında bunları söyləyib: “Planlaşdırdığımız kimi, əlaqələrimiz inkişaf edir. Bu ortaq işlərimiz Rusiya-Türkiyə əlaqələrinin xüsusi bir status qazandığını və tamamilə düzəldiyini göstərir… Qarşılıqlı xidmət ticarəti və investisiya müqavilələrinin tamamlanması məsələsində razılaşdıq. Ortaq investisiya 1 milyard dollar məbləğində olan işlərin tamamlanması məsələsində razılaşdıq. Bu gün bunu elan edə bilərik. Hər istiqamətdə məhdudiyyətlər məsələsini danışdıq. Pomidordan bəhs ediriksə, bu sanksiyada olan tək məhsul deyil. Toxuculuq məhsulları, xidmətlər, işçi qüvvəsi ilə əlaqədar da sanksiyalar tətbiq edilirdi. Bütün bu məhdudiyyətlərin qaldırılacağı məsələsində razılığa gəldik. Vizalar məsələsi də davam edəcək. Rusiyanı ziyarət edənlər üçün təbii ki, asanlaşdırmalar təmin edilə bilər. Pomidora gəlincə, birdəfəlik qapıları qapatmırıq. Lakin dediyim kimi, investisiya müddəti tamamlandıqdan sonra bazarın bu sektoru də açılacaq. Digər sanksiyaların qaldırılması qənaətindəyik.
Humanitar sahədə əməkdaşlığı müzakirə etdik. May ayında rus turistlərin 3-də 1-i Türkiyəni seçmişdir. Qlobal və regional mövzuları danışdığımız zaman xüsusilə beynəlxalq terrorla mübarizə mövzusuna əhəmiyyət verdik. Hörmətli Ərdoğanla həmfikirik ki, Suriyada həll yolu yalnız siyasi və diplomatik üsulla mümkündür. Rusiya və Türkiyənin təsirli rolu sayəsində qarşıdurmaları durdura bildik. Qara dəniz İqtisadi Əməkdaşlıq zirvəsi hazırlıqlarını danışdıq. Bu zirvə 22 mayda İstanbulda keçiriləcək.”
Ərdoğan da həmkarının sözlərini təsdiqləyərək deyib: “Hörmətli Putin hamısını söylədi. Pomidordan başqa bütün məsələlərdə razı qaldıq. Türk pomidorunun rus bazarında olmasını istəyirik. Normallaşma prosesindən irəli keçirik. Yeni bir mərhələ başlayır, xeyirli olsun.”
azadliq.info
24saat.org
Mənbə – azadliq.info