Loading...
Loading...
Siyasət

Putin və Paşinyan danışıblar

Ermənistan baş nazirinin aparatından verilən məlumata görə iki lider Ermənistan-Rusiya ikitərəfli münasibətlər gündəliyinin bir sıra mühüm məsələlərini müzakirə ediblər
İyunun 1-də Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, söhbətin əvvəlində Putin Paşinyanı ad günü münasibətilə təbrik edib.
Ermənistan baş nazirinin aparatından verilən məlumata görə iki lider Ermənistan-Rusiya ikitərəfli münasibətlər gündəliyinin bir sıra mühüm məsələlərini müzakirə ediblər.
Söhbət zamanı habelə regional məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunulub.
Məlumatda deyilir ki, Rusiya prezidenti Azərbaycan-Ermənistan sərhədinin demarkasiya və təhlükəsizliyi üzrə komissiyaların birinci iclasını alqışlayıb və Rusiya tərəfinin demarkasiya prosesində köməyə hazır olduğunu vurğulayıb.
Bu da qeyd olunub ki, komissyaların ikinci görüşü Moskvada keçiriləcək.

Kremlin məlumatında Qarabağ qeyd olunmur
Kremlin mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatların icra olunması, regional stabilliyin təminatı və Cənubi Qafqazda nəqliyyat-logistik infrastrukturun inkişafı məsələlərini müzakirə ediblər.
Bu da xəbər verilir ki, Nikol Paşinyan Vladimir Putinə Azərbaycan prezidenti İlham ƏliyevləAvropa İttifaqı Şurasının prezindeti Şarl Mişellə təmasları, mayın 22-də Brüsseldə keçirilmiş üçtərəfli danışıqlar barədə məlumat verib.
Məlumatda qeyd olunur ki, Paşinyan “bu görüşlərdən sonra müzakirələrin mövzusu ilə heç bir əlaqəsi ollmayan şərh və bəyanatların verilməsindən narahatlığını ifadə edib”.
Azatutyun Paşinyanın ofisinə istinadən yazır ki, telefon söhbəti zamanı tərəflər Ermənistan və Rusiya arasında 19 aprel bəyanatı əsasında habelə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin işinin mümkün aktivləşdirilməsini müzakirə ediblər.
Kremlin məlumatında Dağlıq Qarabağ müzakirəsi barədə heç nə deyilmir.

Ermənistanın baş naziri Nikol Paşinyan (solda) və Rusiya prezidenti Vladimir Putin (Arxiv fotosu)

24 saat” “
Putin və Paşinyan danışıblar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Türkiyə deyir ki, Finlandiya və İsveç qanunlarını dəyişməlidir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button