2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Putin və Erdoğan İdlibdə atəşkəsə razılaşdıqlarını deyirlər


Türkiyə və Rusiya Suriyanın şimal-qərbindəki İdlib qəzasında atəşkəs barədə razılığa gəldiklərini bəyan ediblər. Bu razlaşma martın 5-də Moskvada Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan arasında 6 saata yaxın davam edən danışıqların nəticəsində əldə olunub. Bu razlılaşmaya əsasən atəşkəs martın 5-də gecəyarısı, mövcud cəbhə xətləri boyunca başlamalıdır. Tərəflər habelə M4 nömrəli magistral yol boyunca 12 kilometrlik təhlükəsizlik dəhlizinin yaradılması barədə razılığa gəliblər.   Sözü gedən dəhlizdə martın 15-dən etibarən Rusiya və Türkiyə hərbçiləri birgə patrul keşiyi çəkəcəklər. Putin-Erdoğan görüşündən əvvəl Suriyanın şimalındakı İdlib qəzasında hərbi vəziyyət son dərəcə gərgin idi. Ötən həftə bu regionda aviasiya zərbələrinin endirilməsi zamanı çox sayda Türkiyə hərbçisi həlak olmuşdu. Bunun ardınca Türkiyə Suriya hökumət qüvvələrini artilleriya atəşinə tutmuşdu. Türkiyə qüvvələrinin Suriyanın bir neçə təyyarə və helikopterini vurduğu da xəbər verilmişdi. Moskva və Ankara bir-birlərini 2018-ci ildə Putinlə Erdoğan arasında imzalanmış sazişi pozmaqda ittiham edirdilər.   Daha 2 Türkiyə əsgəri öldürülüb Martın 5-də Moskvada keçirilmiş danışıqlardan sonra Vladimir Putin ümid etdiyini bildirib ki, “yeni saziş İdlibdəki de-eskalasiya zonasında döyüşlərə və dinc əhalinin iztirablarına son qoyulması üçün yaxşı baza olacaq”. Erdoğan deyib ki, “Türkiyə Suriya hökumət qoşunlarının hər hansı hücumuna güclü şəkildə cavab vermək hüququnu özündə saxlayır”. Atəşkəsin qüvvəyə minməsindən bir neçə saat əvvəl, Türkiyə Müdafiə Nazirlyi İdlibdə Suriya hökumət qoşunlarının atəşi nəticəsində daha iki Türkiyə əsgərinin öldüyünü xəbər verib. Ankara fevralın 27-də hava zərbəsi nəticəsində 34 əsgərinin həlak olduğunu xəbər vermişdi. Türkiyə raket zərbəsinin Suriya hökumət qoşunları tərəfindən endirildiyini israrla bildirirdi. Bunun ardınca martın 1-də Türkiyə hərbçilərinin atəşi ilə 19 Suriya əsgəri öldürülüb və Suriyanın iki qırıcı təyyarəsi vurulub.   Moskva Assadın müdafiəsini davam etdirəcək NATO üzvü Türkiyə və Rusiya Suriya müharibəsində qarşı duran tərəfləri dəstəkləyirlər və son günlərdə şərhçilər Moskva və Ankaranın İdlibdə birbaşa toqquşa biləcəyindən narahat idilər. Erdoğan keçən həftə Avropanı onun Suriyada apardığı kampaniyaya dəstək verməməkdə günahlandırmış və öz ərazisindəki milyonlarla qaçqını Avropa İttifaqına buraxacağı ilə hədələmişdi. Erdoğan fevralın axırlarında Putindən Rusiyanın bir kənara çəkilməsini və Türkiyəni Suriya ilə təkbətək buraxmasını rica etmişdi. Lakin onun bu ricası rədd edilmiş və Moskva bildirmişdi ki, Suriya öz ərazisndə öz nəzarətini tamamilə bərpa etmək haqqına malikdir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button