2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Putinin təcavüzünə son qoyulmalıdır: Kemeron respublikaçıları Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyə çağırır

Çərşənbə axşamı ABŞ-ın dövlət katibi Entoni Blinken və onun britaniyalı həmkarı Devid Kemeron Konqresi Ukraynaya əlavə hərbi yardıma razılıq verməyə çağırıblar, xəbəri Turan-ın Amerikadakı müxbiri verib. 

Dövlət Departamentində keçirilən birgə mətbuat konfransında Blinken bildirib ki, prezident Baydenin çağırışı “təcilidir” və “mümkün qədər tez” səsverməyə çıxarılmalıdır.

Öz növbəsində, Kemeron qeyd edib ki, Ukraynanın qələbəsi Amerikanın və Avropanın təhlükəsizliyi üçün “həyati əhəmiyyət kəsb edir”. “Mən bu ölkənin böyük dostu və ona inanan biri olaraq buraya gəlmişəm. Bu vəsaiti ayırmaq sizin maraqlarınıza, sizin təhlükəsizliyinizə, sizin gələcəyinizə və tərəfdaşlarınızın gələcəyi üçün lazımdır”, deyə o bildirib. Kemeron qeyd edib ki, paketi bloklayan respublikaçılara “mühazirə oxumaq” niyyətində deyil, lakin Ukraynanı dəstəkləməkdən imtinanın nəticələri haqqında xəbərdarlıq edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Çin, İran və Şimali Koreya kimi ölkələr ABŞ-ın öz müttəfiqlərinə hansı yardıımı göstərməyə hazır olduğunu diqqətlə izləyəcək, deyə o qeyd edib. 

Kemeron Vaşinqtona səfəri ərəfəsində Floridada keçmiş prezident Donald Trampla görüşüb. Görüşdən sonra britaniyalı diplomat deyib ki, Trampı Ukraynanı dəstəkləmək zərurətini qəbul etməyə çağırıb. 

Trampın seçkiqabağı qərargahının bəyanatında deyilir ki, Kemeronla görüşdə ABŞ-da və Böyük Britaniyada keçiriləcək seçkilər, Breksit, NATO ölkələrinin müdafiəyə daha çox vəsait sərf etməsi zərurəti və Ukrayna haqqında danışılıb.

Onun Trampı Konqresdə respublikaçıların Ukraynaya hərbi yardım məqsədilə 60 milyard dollar ayırmasına icazə verməyə razılaşdırmaq cəhdinə gəlincə, bu cəhd, görünür, uğursuz olub. Kemeronun Ukraynaya vəsait ayrılması məsələsini səsverməyə çıxara biləcək Konqresin spikeri, respublikaçı Mayk Consonla görüşməsinə icazə verilməməsi belə bir nəticə çıxarmağa imkan verir.  

Eyni zamanda, Conson konqresmen Marcori Teylor Qrinin hücumlarına məruz qalıb, o, Consonun Ukraynaya yardım haqqında səsverməni dəstəklədiyi üçün vəzifədən kənarlaşdırılması məsələsini səsverməyə çıxarmaqla hədələyib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button