Fikir ayrılıqları və Qəzzada beynəlxalq qüvvələr müzakirəsi
Fikir ayrılıqları İsrail rəsmiləri ilə Misir Kəşfiyyat Xidmətinin rəisi Həsən Rəşad arasında dünənki görüşlərdə özünü büruzə verib. Rəşad İsraildə baş nazir Binyamin Netanyahu, Şin-Bet (Şabak) Kəşfiyyat Təşkilatının rəhbəri David Zini və digər təhlükəsizlik rəsmiləri ilə bir araya gəlib. Danışıqlarda müzakirə olunan əsas mövzulardan biri, ABŞ prezidenti Donald Trampın planında ilk növbədə bütün İsrail əsir əsgərlərinin cəsədlərinin təhvil verilməsi nəzərdə tutulsa da, Fələstin ərazisinə tez bir zamanda beynəlxalq ərəb hərbi qüvvəsinin yeridilməsi olub.
ABŞ, Misir və İsrailin mövqeləri
ABŞ-ın prosesin ikinci mərhələsinə keçməkdə maraqlı olduğu, Misirin də eyni mərhələnin bir hissəsi olaraq yaxın bir neçə gün ərzində
Qəzzaya xarici qüvvələr yeritmək istədiyi bildirilir. İsrail isə bu mərhələdə xarici qüvvələrin bölgəyə daxil olmasına etiraz edərək, Həmasın kənardan yardım almadan daha çox əsir əsgər cəsədi təhvil verə biləcəyini iddia edir. İsrail təhlükəsizlik rəsmiləri Misir Kəşfiyyat Xidmətinin rəisi Rəşada Həmasın qəsdən ləngidildiyini və ABŞ planının irəliləyə bilməsi üçün əsir əsgərlərin cəsədlərinin geri qaytarılmasının zəruri olduğunu bildiriblər.
Beynəlxalq qüvvələrə qoşun göndərməyə hazır ölkələr
Atəşkəsi qorumaq məqsədilə
beynəlxalq qüvvələr çərçivəsində Fələstin ərazisinə qoşun göndərmək istəyən ölkələrin siyahısı formalaşmağa başlayıb. Bu ölkələr arasında Misir, Azərbaycan, Qətər, İordaniya, İndoneziya və İsrailin
Qəzzadakı varlığına etiraz edən Türkiyə var. BƏƏ və Mərakeşin isə bölgəyə qoşun göndərmək barədə hələ mövqelərini müəyyən etmədiyi xatırladılır.
Birləşmiş Millətlər Təşkilatı
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz