Cəmiyyət
“Qaçqınkom”da yeni təyinat
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni kadr təyinatı olub.
24saat.org xəbər verir ki, Komitənin sədri Rövşən Rzayev imzaladığı əmrə əsasən, Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov işdən çıxarılıb. Həmin vəzifəyə İbrahim Mirzəyev təyin edilib.
24saat.org