Viktor Osimhen: "Qalatasaray" üçün əvəzolunmaz ulduz
Viktor Osimhen təkcə "Qalatasaray" üçün deyil, ümumilikdə Türk futbolunun ən mühüm simalarından birinə çevrilib. İki mövsüm ərzində göstərdiyi performans bunu açıq şəkildə sübut edir. 75 milyon avroluq transfer dəyəri ilə Türkiyə futbol tarixinin ən bahalı oyunçusu olsa da, komandaya qazandırdığı dəyər ölçüyəgəlməzdir. Son olaraq "Bodo/Glimt" üzərində qazanılan 3-1 hesablı qələbədə nümayiş etdirdiyi oyun, onun "Qalatasaray" üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi.
Ulduzların sırasında
Vurduğu 2 qolla yanaşı, rəqibə qarşı etdiyi təzyiqlə onları bezdirən və baş məşqçi Okan Burukun oyun planını mükəmməl şəkildə yerinə yetirən Nigeriyalı ulduz, Çempionlar Liqası matçında nadir hallarda əldə edilən 4.08-lik qol gözləntisinə böyük töhfə verdi. Erlinq Haalanddan sonra ən çox dəqiq zərbə (7) vuran oyunçu olan Osimhen, ümumilikdə rəqib qapısına doğru göndərdiyi 10 zərbə ilə Kilian Mbappedən (14) sonra ikinci yerdə qərarlaşdı.
Osimhenə heyətdə yer yoxdur?
UEFA Çempionlar Liqasında 3-cü həftənin ən yaxşı 11-liyi açıqlanıb. "Bodo"nu təkbaşına məğlub edən Viktor Osimhenin bu siyahıda yer almaması "Qalatasaray" azarkeşlərinin narazılığına səbəb oldu. Həmin 11-likdə Marko Vicario, Denzel Dumfries, Vircil van Deyk, Qabriel, Nunu Mendeş, Feliks Nmeça, Hakan Karl, Fermin Lopez, Dennis Man, Entoni Qordon və Qorka Guruzeta yer alıb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz