2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qalmaqallı hakimin qatıldığı konfransda nələr yaşanıb? – ZÜMRÜD YAĞMUR NOVRUZ KƏRİMOVU RƏZİL ELƏDİ

[

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə İşgəncələr Əleyhinə Mərkəzin təşkil etdiyi  qalmaqallı konfransla bağll yeni məlumat yayılıb.

 

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, mənfi reputasiyası ilə tanınan  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun həmin konfransa dəvət alması ciddi etirazlara səbəb olub. Buna səbəb kimi Novruz Kərimovun vaxtilə müstəntiq çalışdığı MTN-də da saxlanılanlara işgəncə verməsi, sonradan hakim kimi  siyasi məhbuslara ağır cəzalar  təyin etməsidir.

 

Onun bu konfransa dəvət alması və nitq söyləməsi Novruz Kərimov tərəfindən qanusuz 8 il cəza alan keçmiş siyasi məhbus Pərviz Həşimlinin də etirazına səbəb olub.

BUNA DA BAX:

 

At izinin it izinə qarışdığı məmləkət, Yaxud Fikrət Cəfərli niyə hüquq müdafiəçisi ola bilməz

Konfras zamanı məlum olub ki, Novruz Kərimov yazıçı Zümrüd Yağmurun övladına qarşı cinayətin də məhkəmə araşdırmasında saxtakarlıqlar edib.

Konfrans iştirakçıları arasında olan Zümrüd Yağmur hakimi elə oradaca biabır edib. 

Gununsesi.info-ya açıqlamasında Zümrüd Yağmur deyib:

Azərbaycandaki qadın zorakılığı ilə bağlı danışdım. Hüquq -mühafizə orqanlarının və məhkəmə sisteminin kobud və amansız yanaşmasından danışdım.

Bildirdim ki, Novruz Kərimov burda qadınlara qarşı zorakılıqdan danışır, ancaq özünün sədrliyi ilə keçirilən 16 yaşlı qıza qarşı həyata keçirilmiş cinayət işinin məhkəməsində qanunsuzluğa imza atdı.

Azərbaycanda bu cinayətə görə ilk dəfə olaraq beş il cəza ilə ən ədalətsiz  hökmü Novruz Kərimov verdi.

Ona dedim ki,  beynəlxalq təcrübədən, qadınlara qarşı zorakılıqdakı həssaslıqdan danışan adam kimi əməlinizlə bunlar ziddiyyət təşkil edir.

Təbii ki, sözüm kəsildi. Çıxışımın konfrans təşkilatçılarına müəyyən problem yarada biləcəyini bildirdim. Ancaq hesab edirəm ki,  bu çıxışımdakı mövzular dilə gətirilmədir. Birbasa Novruz Kərimovun adı çəkərək, üzünə baxaraq çıxış edirdim. Yaxşı olar ki, siz biliklərinizi Azərbaycan məhkəmələrində tətbiq edə biləsiz. Doğrusu danışmaq məqsədim yox idi, ancaq susa bilmədim”.

 

İlhamə

GUNUNSESİ.İNFO

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button