2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qara çörəyin tərkibi barədə “ağ yalan”

Bu sektorda problem hələ də aktualdır

Saytların yığılması Saytlarin yigilmasi

Əhalinin qidalanmasında əsas yeri tutan ilk məhsul çörəkdir. Gərəkdir ki, çörək də keyfiyyətinə görə istehlakçıların vacib tələblərinə cavab versin. Lakin ölkədə hər bir çörəyin özünəməxsus standartları və məcburi tələbləri olduğu deyilsə də, bu sahədə olan problem və şikayətlər birdəfəlik həll olunmur. Pəhriz əsrində insanlar daha çox qara çörək dediyimiz məhsulun tərkibinin standartlara uyğun hazırlanmasında israrlıdır.

Qara çörəyin tərkibinə də məlum olduğu kimi, “solod” adlı buğda cücərməsi qatılır. Ekspertlər çörəyə rəng vermək üçün ona norma daxilində solod qatılmasını mümkün hesab edirlər. Qara çörək əslində, buğda dəninin çoxluq təşkil etdiyi kəpəkli undan hazırlanmalıdır. Qara una qaralıq verən də buğdanın qabığının tərkibindəki polifenol maddədir. Fəqət işin əslini bir kənara qoyub məhsulun içinə istənilən maddələr qatıb qara çörək kimi təqdim edənlər də az deyil.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çörək bazarını ən liberallaşmış sektor hesab edir. Qurum sədri istehlakçıların qara və dietik çörək barədə fikirlərinin birmənalı olmadığını da deyir:

“Qara çörəyin tərkibinin keyfiyyətli olub-olmadığı mübahisə mövzusudur. Doğrudur, bu sektorda 5-10 il əvvəllə müqayisədə inkişaf var. Amma bununla belə, çörəyin rənginin qara olması üçün onun tərkibinə işlənmiş çayın rənginin, yaxud qəndin yandırılıb qarışdırılması kimi fikirlər də mövcuddur.

Araşdırmalar göstərir ki, qara çörəklərin əksəriyyəti “solod” qatılmaqla hazırlanır. Lakin standartlara uygun olmayan, kimyəvi qatqılarla hazırlanan qara və dietik çörəklər də var ki, bu məhsullar insanda mədə-bağırsaq xəstəlikləri yarada bilər”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button