2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qarabağ əlilləri AMEA-nın qarşısında aksiya keçirəcək

ameaAMEA-nın yeganə Qarabağ əlilinə AMEA-nın İşlər İdarəsinin təzyiqinə görə

Bir qrup Qarabağ əlili və şəhid ailəsi üzvləri AMEA İşlər İdarəsinin AMEA üzrə yeganə Qarabağ əlilinə qarşı qərəzinə, təzyiqinə, intihara çatdırmasına və bununla bağlı tədbir görülməməsinə görə 30 iyun 2017-ci ildə AMEA-nın qarşısında ortalıq 30 nəfərin iştirakı ilə etiraz aksiyası keçirməyə qərar verib. Müharibə adamları 30 il Akademiyada mənzil növbəsində olan, döyüşdə olarkən 2 körpə uşaqlı ailəsi Yasamaldakı aspirantlar və gənc mütəxəssislər yataqxanasından çıxarılan, indi həmin yataqxananın yerində “Evrostroy”un tikdiyi 300-dən yuxarı mənzilli evdən Qarabağ əlilinə mənzil ayrılmamasından narazıdır. 2 il qabaq 21 sentyabr 2015-ci ildə AMEA Prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin iclasında Qarabağ əlillərini qəbul edib və həmin evdən özünün yeganə Qarabağ əlilinə mənzil ayıracağına söz verib. Di gəl İşlər İdarəsinin müdir müavini, əslən Qarabağdan – Bərdədən olan Sərdar Əliyev rəhbərliyin göstərişini saya salmır və yenə də Qarabağ əlilini mənzilsiz qoymaq fikrində olduğundan əlillər AMEA Prezidentinin qəbuluna yazılıblar. Prezidentin qəbul otağından isə Sərdar Əliyevə müraciət etməyi bildiriblər. Bu təklifdən “dalaqları sancan” Qarabağ əlilləri 30 iyun 2017-ci ildə AMEA qarşısında etiraz aksiyası keçirib özlərini yandırmağa qədər dirəniş göstərəcəklərini bildiriblər.
“Əlillərin sosial müdafiəsi haqqında” qanunun 30, 31-37 maddələrinin tələbinə görə, bütün dövlət, hökumət və qeyri-hökumət təşkilatları istifadələrində olan texniki, rabitə və s. qurğulıarı, qeyri-yaşaşış otaqlarını, MƏNZİLLƏRİ əlillərin istafdasinə verməlidirlər. AMEA İşlər İdarəsi isə əksinə, döyüşdə olan şəxsin 2-3 yaşında 2 körpə uşaqlı ailəsini yataqxanadan çıxarıb, otaqları AMEA-ya aid olmayanlara icarəyə verib. Kim nə deyər belə qeyrətə? İndi həmin yataqxananın yerində tikilən evdən də Qarabağ əlilinə mənzil düşmədiyi bildirilir. Belə qeyrətlə Qarabağa qayıtmaq mümkündürmü? 15 il qabaq əlilin işlədiyi Neft Kimya Prosesləri İnstitutunun tikdiyi evdən də söz verilsə də, AMEA üzrə yeganə Qarabağ əlilinə mənzil verilməyib ki, BŞİH həmin mənzili özünə götürüb !(??) Qanunverciliyin tələbinə görə isə hansısa qurumun tikdiyi evdən mənzil almaq hüququ ilk növbədə həmin qurumun mənzilə ehtiyacı olan əlillərinə məxsusdur.
Qanun, Konstitusiya əlillərin yanında olsa da əlillər yönlərini mənzillərdən sala bilmir. Nədən məmur özbaşınalığı və bu özbaşınalığa görə tədbir görülməməsindədir.
Çıxış yolunu intiharda görən əlillərin intiharına son qoyulacaqmı? Hələ 30 iyuna iki həftə var… Yaşaya bilsək, görərik.
Qarabağ əlilləri:
1.Abbaszadə Xaliq Əvəz oğlu (ailə üzvlərilə birgə)
2.Süleymanov Güloğlan Salman oğlu (ailə üzvlərilə birgə)
3.İsmayılov Müşfiq Fərman oğlu (ailə üzvlərilə birgə)
4.Əhmədov Mirbaba Əmirxan oğlu(ailə üzvlərilə birgə)
5.Hüseynov Eldar vaqif oğlu(ailə üzvlərilə birgə)
Müraciəti ümumilikdə 32 Qarabağ əlili və şəhid ailəsi üzvləri ailələri ilə birgə imzalayıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button