2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Qarabağ qələbəsindən sonra erməni qəzeti “biabırçı rol” haqda yazıb: “Biz məyusuq”

class=”mediyanet-inline-adv”>

Azərbaycanın Qarabağ zəfəri dünya mətbuatının manşetlərində qalmaqda davam edir.

Hadisələri dərhal oxucularına çatdıran dünya mətbuatı Türkiyənin bölgədə oynadığı rola diqqət çəkir.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın qələbəsindən sonra Ermənistanda qəzəb və məyusluq hökm sürür. Bu vəziyyət ölkə mətbuatında gedən xəbərlərdə də özünü göstərir.

“Aravot” qəzeti ermənilərin məyus olmasından yazıb. “Baydenin Artsaxla bağlı hərəkətsizliyi Amerika ermənilərini məyus etdi” başlıqlı erməni qəzeti xəbərə aşağıdakı ifadələri daxil edib;

“Rusiyanın Artsaxın itirilməsində biabırçı rolu və Ermənistanın sərhədlərinin müdafiəsindəki fəaliyyətsizliyi ilə bağlı çoxlu haqlı şikayətlər var. Bununla belə, beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-ın Azərbaycanın Artsaxa və Ermənistana qarşı təcavüzünə biganəliyindən də şikayətlənməli çox şey var”.

class=”mediyanet-inline-adv”>

Ermənistanın ərazi bütövlüyünə məhəl qoymayan və antiterror əməliyyatını “hücum” kimi qiymətləndirən erməni qəzeti “Bayden Ermənistan və Artsaxın vecinə deyil” və bunun erməni diasporunu məyus etdiyini yazıb.

Aravot, “Bir çox erməni əsilli amerikalılar, Bayden Administrasiyasının Artsax qaçqınlarına 11,5 milyon dollar ianə vəd etməkdən başqa heç bir konkret addım atmamasından çox məyus oldular” dedi.

“ABŞ tarixində hazırkı prezident üçün ən aşağı reytinqlərdən birinə sahib olan Bayden erməni əsilli amerikalı seçicilərin dəstəyini qazanmaq üçün daha çox səy göstərməyib”.

Ermənistan hökuməti Azərbaycanın Dağlıq Qarabağı nəzarətə götürməsindən sonra bölgədə yaşayan yüz mindən çox erməninin Ermənistana köç etdiyini açıqlayıb. Ermənistan səfiri Edmon Marukyan nümayəndə heyətinin boş Dağlıq Qarabağla qarşılaşacağını və bunun “etnik təmizləmə” olduğunu bildirib, Azərbaycan isə “etnik təmizləmə” ittihamlarını rədd edib. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Azərbaycan Dağlıq Qarabağdakı ermənilərin regionda qalmasını və ölkənin çoxmillətli cəmiyyətinin bir hissəsi olmasını istəyir”.

“Politico”nun məlumatına görə, Azərbaycanın antiterror əməliyyatından əvvəl Aİ, ABŞ və Rusiya Türkiyədə gizli görüşlər keçirib.

Öz səhifəsində bu xəbərə geniş yer ayıran Asbarez, sözügedən görüşdə yardım karvanlarının bölgəyə necə çatacağına diqqət yetirildiyini yazıb.

class=”mediyanet-inline-adv”>

FRANSA ERMƏNİSTANDA SON ÜMİDDİR

Rusiya və ABŞ-dan istədiyini ala bilməyən Ermənistan ümidini Fransaya bağladı

Aravot başqa bir xəbərdə Fransanın Ermənistanla silah müqaviləsi imzalamağa hazır olduğunu bildirib.

“News.am” saytı “Fransa Ermənistana hərbi texnikanın tədarükü ilə bağlı müqavilə imzalamağa razılaşıb” başlıqlı xəbərdə fransız nazirin müqavilənin təfərrüatlarını açıqlamadığını vurğulayıb.

FRANSAN NAZİRİNDƏN ETKİLİ PAYLAŞIM

Fransalı nazir Kolonna Ermənistana səfəri zamanı Ağrı dağının fotosunu paylaşıb və Ağrı dağını sanki Ermənistan ərazisi kimi təqdim edib. Kolonnanın bu paylaşımı sosial mediada böyük reaksiyalarla qarşılanıb.

class=”mediyanet-inline-adv”>

Azərbaycan sentyabrın 20-də keçirdiyi əməliyyatla Dağlıq Qarabağa nəzarəti ələ keçirib.

Dağlıq Qarabağdakı erməni separatçıları silahları yerə qoymağa və “regionun Azərbaycanla reinteqrasiyası” üçün Bakı administrasiyası ilə danışıqlar aparmağa razılaşıblar.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bir daha təsdiq olundu ki, Dağlıq Qarabağ rəsmən Azərbaycanın ərazisi olub və heç bir ölkə, o cümlədən Ermənistan regionda separatçı ermənilər tərəfindən yaradılmış Dağlıq Qarabağ Respublikasını tanımayıb.

2023-10-04 09:40:09

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button