2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Qarabağ”ın qələbəsindən sonra Azərbaycan UEFA reytinqində

Avrokubokların III təsnifat mərhələsinin cavab matçlarının ilk oyun günündən sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.

24saat.org-un Apasport.az-a istinadən məlumatına görə, Çempionlar Liqasında baş tutan yeganə qarşılaşma cədvəldə dəyişikliyə səbəb olmayıb.

Lakin Moldovada keçirilən “Şerif” – “Qarabağ” görüşü Azərbaycanın xal hesabını artırması ilə nəticələnib. 2:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi ölkəmizin aktivinə daha 0,250 xal gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla, cari mövsümün qazancı 2,625-ə çatıb. “Qarabağ” hamıdan çox – 0,875 xalın qazanılmasında pay sahibidir. “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal qazanıb.

Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız isə 17,375-ə çatıb. Bu, irəliləməyimizə imkan verməsə də, 22-ci olan Azərbaycanın mövqeyini möhkəmlətməsi ilə nəticələnib. 21-ci olan Kiprlə xal fərqi 0,325-ə qədər azalıbsa, 23-cü olan İsveçdən 0,400 xal uzaqdadır.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 89,069 xal.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button