Loading...
Loading...
Texnologiya

Qatlana bilən Galaxy Z Fold 4 flaqman smartfonunun kameraları barəsində məlumatlar verilib

    Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin hələ təqdim edilməmiş yeni qatlana bilən smartfonu barəsində yeni məlumatlar verib. Söhbət, Galaxy Z Fold 4 smartfonunun kameralarından gedir. İnsayderin verdiyi məlumata əsasən bir özəllik üzrə Galaxy Z Fold 4 modeli Samsung-un aktual olan flaqman smartfonlarını geridə qoyacaq. Beləliklə insayder bildirib ki, Galaxy Z Fold 4 smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 50 MP-lik olacaq. İkinci kamera 12 MP-lik ultragenişbucaqlı obyektiv, üçüncü kamera isə 12 MP-lik teleobyektiv olacaq. Bununla yanaşı smartfonun 12 MP-lik teleobyektivi 3 qat optik zoom özəlliyinə sahib olacaq.

    Məlumata əsasən 3 qat optik zoom özəlliyinə sahib olacaq teleobyektiv vasitəsilə reallaşdırılacaq çəkilişin keyfiyyəti hətta Galaxy S22 Ultra modelinin teleobyektivi vasitəsilə reallaşdırılan çəkilişin keyfiyyətindən daha yüksək olacaq. Əvvəlki məlumat sızıntılarına əsasən Galaxy Z Fold 4 modeli 7.6 düym daxili AMOLED ekran və 6.2 düym xarici ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 1+ prosessoru vasitəsilə çalışacaq. Gözləntilərə əsasən smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 4 smartfonunun avqust ayında Galaxy Z Flip 4 ilə birlikdə təqdim olunacağı güman edilir.

24 saat” “Qatlana bilən Galaxy Z Fold 4 flaqman smartfonunun kameraları barəsində məlumatlar verilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəməsi kifayət etməyəcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button