Gündəm
Qazaxıstan Bakı və Yerevan arasında sülh sazişinin bağlanması üçün öz vasitəçiliyini təklif edir
![](https://www.az24saat.org/wp-content/uploads/2024/04/WMug1t6fs9Qx1u45CuvELNmDSj2QJKZZURYVcWp3-1600-900-fit.webp-780x470.webp)
Astana Yerevan və Bakının sülh müqaviləsi bağlamaq səylərini alqışlayır və danışıqlar üçün meydança təqdim etməyə hazırdır. Bu barədə aprelin 15-də Yerevanda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi brifinqdə bildirib.
“Əsas məqsədimiz bizə dost ölkələri bir-birinə yaxınlaşdırmaq, regionda sülh və dayanıqlı sabitlik üçün yol açmaqdır”, – Tokayev deyib.
O qeyd edib ki, Astana Yerevan və Bakının sülh sazişi bağlamaq səylərini alqışlayır.
Tokayev Ermənistanı Cənubi Qafqazda etibarlı tərəfdaş adlandırıb və bəzi aktual regional məsələlərdə Ermənistanla Qazaxıstanın mövqelərinin yaxın olduğunu deyib.