2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qazaxıstan Ermənistana silah göndərilməsi barədə xəbərləri təkzib edir

«Qazaxıstan silahının guya Ermənistan Respublikasına göndərilməsilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Bundan əlavə, 2022-ci ildən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub. Bununla əlaqədar  vətəndaşlardan və kütləvi informasiya vasitələrindən yayılan şayiələrə reaksiya verməməyi, yalnız rəsmi məlumat mənbələrinə etibar etməyi xahiş edirik”, – Qazaxıstan hərbi idarəsinin rəsmi məlumatında deyilir.

Bundan öncə KİV-də Ermənistanın müdafiə naziri Suren Papikyana istinadən məlumat yayılıb ki, Qazaxıstandan “Smerç”, “Solntsepek” və “Nayza” yaylım atəşli reaktiv sistemlərin, habelə “Semser” özüyeriyən artilleriya qurğusunun tədarükünə dair müqavilələr imzalanıb. Bundan əlavə, TOC-1A yaylım atəşli reaktiv sistemin  göndərilməsi üçün müqavilənin hazırlandığı bildirilib. – 06B-

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button