2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Qazaxıstan prezidenti Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini yazır

Tokayev yazır ki, o Rusiya və Ukrayna arasında münaqişənin tez bir zamanda və BMT Nizamnaməsinə müvafiq şəkildə başa çatmasını istəyir
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, onun ölkəsi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
The National Interest jurnalı üçün yazdığı məqalədə Tokayev qeyd edir ki, Qazaxıstanın Rusiya ilə uzun sərhədi olsa da, onu Ukrayna ilə “dərin dostluq ənənələri” bağlayır:
“Biz dünyanın əksər çoxluğu kimi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Prezident yazır ki, o Rusiya və Ukrayna arasında münaqişənin tez bir zamanda və BMT Nizamnaməsinə müvafiq şəkildə başa çatmasını istəyir:
“Mən prezidentlər Vladimir Putin və Volodimir Zelenski ilə birbaşa əlaqədə olmuşam, onları dialoqa və münaqişənin dinc yolla həllinə çağırmışam. Qazaxıstanın beynəlxalq vasitəçi kimi rolunu davam etdirməyə həm istəyi, həm də qabiliyyəti var”.

İslahat vədlərinə inanan varmı?
Tokayev məqaləsində ölkəsində ötən yanvarda baş vermiş və keçmiş prezident Nursultan Nazarbayevin devrilməsi ilə nəticələnmiş etirazlar məsələsinə də toxunub.
O 230 nəfərin ölümü ilə nəticələnmiş hadisələri “faciə” adlandırıb, ölkədəki vəziyyətin sağlamlaşdırılması üçün başlatdığı islahatlardan bəhs edib:
“Ölkə dövlət hakimiyyətinin mərkəzsizləşdirilməsi üçün misilsiz islahatlara başlayıb. Bundan sonra korrupsiya və qohumbazlığa dözümlülük göstərilməyəcvək. Əgər bu ölkə çiçəklənməlirdirsə, deməli siyasi hakimiyyətin və sərvətin az sayda insanın əlində cəmləşməsinə son qoyulmalıdır”.
Son ölümcül zorakılıqlardan sonra Tokayev özünü Nazarbayevin 30 il ərzində bərqərar etdiyi sistemdən uzaq tutmağa çalışır.
Lakin Qazaxıstanda bir çoxları etirazlar vaxtı dinc nümayişçilərə atəş açılması, ölkəyə Rusiyanın başçılıq etdiyi ODKB-nin dəvəti üçün kimlərin əmr verdiyini soruşmaqda davam edirlər.
Tokayev zoraklılqılar vaxtı ölkəyə güya “20 min xarici terrorçunun” müdaxilə etdiyini iddia etmiş, amma bunun üçün heç bir sübut-dəlil göstərməmişdi.
Bir çoxları isə bildirilər ki, Tokayevin hakimiyyətin islahatı barədə bəyanatları gözdən pərdə asmaq üçündür.
Tənqidçilər inanırlar ki, Tokayev də sonunda Nazarbayevin qurduğu sistemi yerində saxlayacaq.

24 saat” “
Qazaxıstan prezidenti Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini yazır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button