2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qazaxıstanda elektrik enerjisi istehsal edib satan məscid

Kazaxıstandakı bir məscid ibadət yeri olmaqla yanaşı həm də elektrik enerjisi istehsal edib satan bir müəssisədir.

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosunun Qazax xidmətinin hazırladığı reportaja görə, məciddə günəş panellərinin quraşdırılması ilə elektrik enerjisi istehsal olunur.

Məlumatda qeyd olunur ki, 273 min avro dəyərində olan bu sistem 2018-ci ildə Avstriyanın “Weissenseer” şirkəti tərəfindən dizayn edilərək quraşdırılıb.

Hesablamalara görə, enerji satışından əldə edilən gəlir çəkilən xərci 2025-ci ilə qədər çıxarmalıdır.

Weissenseer” şirkətinin baş direktoru Kristof Müllerin daha əvvəl Qazaxıstan mətbuatına dediyinə görə, bu, dünyada ilk enerjidən asılı olmayan məsciddir.

Məscidin imamı Yəhyaxoca İsmayılov deyir ki, elektrik enerjisi istehsalı məscidin tələbatını üstələyir, artıq elektrik enerjisi isə Astana şəhərinin energetika idarəsinə satılır.

“Şəhərə verdiyimiz elektrik enerjisi hesabına məscidin digər xərcləri də qarşılanır”, – deyə imam əlavə edib.

Qazaxıstanın müxtəlif şəhərlərində 35 ildən bəri imamlıq edən Yəhyaxoca İsmayılov hesab edir ki, məscidlər ziyarətçilərin ianələrinə güvənməməli, xərclərini qarşılamaq üçün müxtəlif üsullardan istifadə etməlidirlər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button