Qida Təhlükəsizliyi Agentliyi “Qızıl Tac” qəndi ilə bağlı araşdırmadan yayınır - 24 saat xəbərlər
Now Reading:
Qida Təhlükəsizliyi Agentliyi “Qızıl Tac” qəndi ilə bağlı araşdırmadan yayınır
Full Article 2 minutes read

Qida Təhlükəsizliyi Agentliyi “Qızıl Tac” qəndi ilə bağlı araşdırmadan yayınır

Qurum sorğulara qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə cavab verməməklə qanunu pozur

Qida Təhlükəsizliyi Agentliyi kəllə qənd istehsal edən “Qızıl Tac” firması ilə bağlı müraciəti araşdırmır. Az24saat.org saytı tərəfindən 2 ay ərzində email vasitəsilə rəsmi sorğular verilsə də, AQTA nə məsələni araşdırır, nə də sorğulara cavab verir. Qida təhlükəsizliyi sahəsində hər gün müxtəlif tədbirlər həyata keçirdiyi barədə TV-lərdə, saytlarda, ən müxtəlif KİV-lərdə məlumatlar yaysa da, nədənsə “Qızıl Tac”la bağlı müraciəti artaşdırmaqdan yayınır.  Həmçinin qurum sorğulara qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə cavab verməməklə qanunu pozur.

Qeyd edək ki, saytımızıa müraciət edən oxucu aldığı “Qızıl Tac” firmasına məxsus qənddə xoşagəlməz dad hiss etdiyini bildirib. Mediada qəndin tərkibinə insan sağlamlığına zərərli maddələr vurulması ilə bağlı məlumatlar da yayıldığından, o, bundan narahat olub.

İnternetdə apardığımız araşdırma zamanı ötən il

Azad istehlakçılar Birliyi tərəfindən bu firmanın məhsullarından nümunənin laboratoriyada yoxlanılması zamanı kəllə qəndin ağardılması prosesində

insan sağlamlığı üçün təhlükəli olan “sodium hidrosulfit” maddəsindən istifadə edilməsi barədə məlumatlara rast gəldik.

Firma rəhbərliyi bu maddədən istifadəni təkzib etsə də, məsələnin ictimaiyyət üçün narahetdici olduğunu nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyinə sorğu ilə müraciət etmişik. Agentliyin info@afsa.gov.azmedia@afsa.gov.az elektron ünvanlara göndərilən sorğularda müvafiq araşdırma apararaq, nəticəsi ilə bağlı məlumat vermələri xahiş edilib. 

Ancaq AQTA-nın israrla bu məsələni araşdırmaması hələlik anlaşılan deyil.

Input your search keywords and press Enter.