2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Qisas 313” qrupunun işi məhkəməyə verilib

İstintaqın versiyasına görə, İran ərazisində olan Rüfulla Axundzadə və oğlu Almursal Axundzadə Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsini və şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin yaradılmasını planlaşdırıblar. Bundan üçün onlar Azərbaycanın tanınmış dövlət və ictimai xadimlərinə qarşı sui-qəsdlər təşkil etmək niyyətində olublar.

May ayında istintaq “Qisas 313” qruplaşmasının üzvlərini – Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxəliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyevi həbs edib.

Azərbaycanın güc strukturlarının birgə bəyanatında deyilir ki, həmin  şəxslər İrandan maliyyələşiblər  və bundan Azərbaycanda dini radikalizmin təbliği üçün istifadə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

İşə Novruz Kərimovun sədrliyilə hakim heyəti baxacaq. – 06B-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button