2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Qiymətlər qalxıb, amma…

Lakin “The Telegraph” yazır ki, dünya neft qiymətlərinin bu qısamüddətli yüksəlişi artıq təhlükə qarşısındadır.

Məqalədə deyilir ki, OPEC və Rusiya vəd etdikləri hasilat ixtisarını tam yerinə yetirmirlər və Amerikanın şist sənayesi yenidən meydana atılır.

“The Telegraph” yazır ki, neft daşımaları barədə qlobal məlumatlara görə OPEC və 11 qeyri-OPEC ölkəsinin vəd etdikləri günə 1, 8 milyon barrel hədəfinə heç yaxlınlaşma belə olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

PVM Oil Associates broker qrupundan Tamas Varga qəzetə bildirib ki, onların hesablamasına görə yanvar ayında vəd olunmuş ixtisarın yalnız 40 faizi baş verib.

Ekspertin fikrincə, əgər ixtisar müddəti üçün müəyyən edilmiş 6 ay uzadılmazsa, bütün razılaşmalar iflasa uğrayacaq.

Cənab Varga deyib ki, Rusiya vəd etdiyi günə 300 min barrel ixtisarının heç üçdə birini də etməyib.

JP Morgan şirkətindən David Martin deyib ki, neft qiymətlərinin sabitləşdirilməsi üzrə OPEC-ə yalnız “kafi” qiymət vermək olar.

Ötən bazar ertəsi neft qiymətləri bir azca qalxsa da, ABŞ-da artmaqda olan şist hasilatı və anbarlarda azalmaq bilməyən neft ehtiyatı qiymətlərin gözlənilən civarda artmasına imkan verməyib.

Neft qiymətlərinin azacıq yüksəlişinə dolların zəifliyi “kömək” edib.

Bu arada xəbər verilir ki, neft ixtisarları barədə razılaşdırılmış altı ay müddəti gözlənilən nəticəni verməsə, ixtisar müddəti iyul ayından o yana da uzadıla bilər.

Commerzbank diqqəti həm də belə bir məqama çəkir ki, Səudiyyə Ərəbistanı bu il, hər il qış aylarında olduğu kimi istehsalı azaltmayıb və ola bilsin, bunu sonradan ixtisarın bir hissəsi kimi təqdim edəcək.

Buna baxmayaraq, Birləşmiş Ştatlarda istehsalın artması maliyyə menecerlərini neft qiymətlərini bir qədər də artırmağa şirnikləndirib. Ayın əvvəllərindən neft qiymətləri təqribən 2 dollar artıb.

ABŞ-ın enerji şirkətləri artıq beşinci həftədir ki, neft quyularının sayını artırmaqda davam edir.

Ekspertlərin fikrincə, getdikcə artmaqda olan ABŞ hasilatı son nəticədə neft qiymətlərini yenidən üzüaşağı dartacaq.

(bbc azəri)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button