Qızıl bahalaşdı –Ölkəyə idxal olunan qiymətli metalın aksiz dərəcəsi artırıldı
2017-ci ildən Azərbaycana idxal olunan qiymətli metallara görə aksizin dərəcəsi təqribən 2-3 dəfə artırılıb.
24.saat. org Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, bu ilin yanvarın 1-dən Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza
aksiz dərəcələri tətbiq ediləcək.
Belə ki, aksiz dərəcələri idxal olunan platinin hər qramına görə – 4 manat (bundan əvvəl 2 manat), 500 əyarlı qızılın hər qramına görə – 2 manat (bundan əvvəl 1,0 manat), 585 əyarlı qızılın hər qramına görə – 2,4 manat (bundan əvvəl 1,2 manat), 750 əyarlı qızılın hər qramına görə – 3 manat (bundan əvvəl 1,5 manat), 958 əyarlı qızılın hər qramına görə – 5 manat (bundan əvvəl 1,8 manat), 999 əyarlı qızılın hər qramına görə – 6 manat (bundan əvvəl 2 manat) müəyyənləşdirilib.
İdxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 400 manat (bundan əvvəl 200 manat) olmaqla, aksiz dərəcəsi hesablanıb.