2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qubad İbadoğlunun səhhəti pisləşməyə davam edir

Həbsdə olan müxalifətçi siyasətçi və iqtisadçı- alim Qubad İbadoğlunun səhhəti ağır olaraq qalır. Bu barədə onun qardaşı Qalib Bayramov bildirib.

Onun sözlərinə görə, İbadoğlunun qanında şəkərin səviyyəsi çox yüksəkdir. Sonuncu dəfə, iki gün öncə yeməkdən iki saat sonra həkim onun şəkərini ölçüb. Qanda şəkərin miqdarı 369 mq/dl olub ki, bu da normadan 2 dəfə çoxdur.

Bundan sonra həbsxana həkimi müalicəni dəyişdirib, yeni dərmanlar təyin edib və bəzi dərmanları ləğv edib.

Saytların yığılması Saytlarin yigilmasi

İbadoğluna maksimum insulin dozasının -30 ədəd verilməsinə baxmayaraq, şəkərin səviyyəsi yüksəlir.

Müalicə nəticə vermir, çünki İbadoğlu istintaq təcridxanasında, təmiz havada gəzintilərin olmaması, daimi stress şəraitində saxlanılır. Qanda şəkərin yüksək səviyyədə olması İbadoğluda digər yan problemlərə – sinir uclarının zədələnməsinə (polineyropatiya) səbəb olub. Ayaqlarında və əllərində yanma hiss edir, – aprelin 12-də Bayramov qardaşı ilə telefon danışığından sonra bildirib.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən şərh almaq mümkün olmayıb.

*23 iyul 2023-cü ildə Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), həmçinin 167-3.1-ci (ekstremizyönlü materialların saxlanması və yayılması) maddələrilə 3 ay 26 gün müddətinə həbs edib.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınır.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button