2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qərb ölkələrində səhiyyəyə dövlət 15, bizdə 3 faiz xərcləyir

Rövşən Ağayev

Maraqlı, amma narahat olmalı statistika…

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadi inkişaf demoqrafik proseslərlə sıx bağlıdır. Ona görə də iqtisadi analizlə məşğul olanların demoqrafik statistikanı daima diqqətdə saxlamasında fayda var…
Rəqəmləri gözdən keçirəndə əhalinin ölüm statistikası ilə bağlı diqqətimi çəkən rəqəmlərin hamı üçün maraqlı ola biləcəyini düşünürəm.
Deməli, 2016-cı ilin nəticələrinə görə, müvafiq cins və yaş qrupu üzrə əmək qabiliyyətli əhalnin (15-64 yaş) hər 100 000 nəfəri hesabı ilə ölən kişilərin sayı qadınlarla müqayisədə az qala 2 dəfə çoxdur. Belə ki, 2016-cı ildə 15-64 yaşlı qadınların hər 100 000 nəfəri hesabı ilə 195 nəfər qadın həyatını itiribsə, eyni yaş qrupu üzrə kişi ölümü 379 nəfər olub.
Əlavə olaraq, 2016-cı il ərzində ölən bütün kişilərin (cəmi 29924 nəfər) 44%-i əmək qabiliyyətli yaşda öldüyü halda, qadınların cəmi 25%-i 15-64 yaşda həyatlarını itiriblər.
Başqa bir diqqətçəkən göstərici: bizdə selektiv abortların üstünlük təşkil etməsi son onillikllərdə doğulan uşaqlar arasında oğlanların təxminən 5-6% üstünlük təşkil etməsinə səbəb olub. Lakin ölümlə bağlı statistika göstərir ki, 14 yaşadək uşaqlar arasında oğlanların ölüm faizinin qızlarla müqayisədə 30% çox olması yuxarı yaşlarda qadın-kişi nisbətini azaldır. Məsələn, 2016-cı ildə 0-14 yaş intervalında hər 100 000 nəfər qız uşağına ölüm göstəricisi 97 nəfər, oğlan uşaqları üzrə 126 nəfər təşkil edib…
Məlumat üçün deyim ki, inkişaf etmiş ölkələrdə əmək qabiliyyətli yaşda (15-65 yaş) ölümlərin ümumi ölümlərdə payı 18-22% ətrafındadı. Azərbaycanda isə bu göstərici son illər 36-38% arasında dəyişib. Yəni bizdə əmək qabiliyyətli yaşda həyatın itirirlməsi faizi Qərb ölkələrindən azı 2 dəfə yüksəkdir.
Bu isə təkcə demoqrafik statistika deyil, səhiyyənin problemidir, təhlükəsiz məşğulluq problemidir…
Söhbət o səhiyyədən gedir ki, hətta cibdən xərclənən pullarla birgə Azərbaycanda maksimum ÜDM-nin 3-4%-i yönəlir, Qərbdə isə həmin göstərici 10-15% aralığında dəyişir…

 

Yazı müəllifin feysbuk hesabından götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button