2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rafiq Tağının işi üzrə kommunikasiya başlayıb

Avropa Məhkəməsi hökumətdən cavab istəyir

“Avropa Məhkəməsi mərhum yazıçı Rafiq Tağının öldürülməsi ilə bağlı şikayət üsrə kommunikasiya başlayıb”- bunu FB profilində vəkil Fariz Namazlı yazıb.
“Şikayəti onun həyat yoldaşı Mayilə Tağıyeva Avropa Məhkəməsinə göndərib. O, Konvensiyanın 2 (yaşamaq hüququ. xüsusən dövlətin bu hüququn qorunmasına yönələn tədbirlər görməsi), 10 (ifadə azadlığı) və 13 (səmərəli müdafiə vasitələri hüququ) maddələrinin pozuntusunun tanınmasını istəyib. Onun hüquqlarını Rəşid Hacılı və Londonda fəaliyyət göstərən hüquqşünaslar Ms R. Remezaite, Mr P. Leach, Ms J. Gavron, Ms J. Evans and Ms K. Levine müdafiə edir.
Ərizəçi həyat yoldaşı Rafiq Tağının öldürülməsi ilə bağlı istintaqın effektiv aparılmamasından şikayətçidir. Avropa Məhkəməsi yuxarıda göstərilən maddələrin pozuntusu ilə bağlı suallardan əlavə, cinayət işi üzrə hökümətin hansı addımlar atması barədə məlumatların verilməsini xahiş edib”- deyə vəkil vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button