2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlərYAP-a Yox Deyək

Ramiz Mehdiyevdən əzələ nümayişi?

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümimi yığıncağında ön plana çıxması bəzi mülahizələrə səbəb olub. Doğrudur, Ramiz Mehdiyev akademik kimi AMEA-nın ümumi yığıncaqlarında iştirak edib və bu qeyri-adi qarşılanmayıb. Bu dəfə isə Ramiz Mehdiyevin AMEA-nın yığıncağında iştirakı və ön planda olması “Prezident Administrasiyası ləğv edilir”, “Ramiz Mehdiyev yola salınır” və s. bu kimi iddialardan sonraya təsadüf edib.

Yada salaq ki, bir neçə gün əvvəl prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Dövlət qulluğu haqqında” Qanun layihəsinə təklif edilən əlavə və dəyişikliklər Milli Məclis tərəfindən qəbul olunub. Layihədə Prezident Administrasiyasının adının “orqan” sözü ilə əvəzlənməsi qurumun ləğvi və Ramiz Mehdiyevin yola salınması kimi təqdim edilib. Sonradan Prezident Administrasiyasının yalnız referendum vasitəsilə ləğv edilə biləcəyi aydın olsa da, Ramiz Mehdiyevin istefaya göndəriləcəyi barədə iddialar səngiməyib. Bu ərəfədə administrasiya rəhbərini önə çıxması əzələ nümayişi kimi dəyərləndirilə bilər. Ehtimal olunur ki, Ramiz Mehdiyevin AMEA-da ön planda olması və bir neçə gün əvvəl “Prezident Administrasiyası ləğv edildi” manşetini atan media orqanlarının bu barədə geninə-boluna xəbərlər dərc etməsi administrasiya rəhbərinin hələ ki, hakimiyyətdə güclü fiqurlardan bir olmasını təsdiq etməyə çalışır.


24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button