2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Reketlər həbs olundu -Bəs onları himayə edən məmurlar?

Mehman Əliyev: “Onları bağlı qapılar arxasında cəzalandıracaqlar”
Pərviz Həşimli: “Habil Vəliyevi himayə edənlər həbsdədir, digərləri isə…”

Son günlər reket jurnalistlərə qarşı keçirilən əməliyyatlar mətbuatın ciddi müzakirə mövzularındandır.
Dekabrın 12-də Dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyev son günlər reket jurnalistlərə qarşı keçirilən əməliyyatlardan danışıb. M.Quliyev həmin jurnalistlərin qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını qeyd edib: “Bu, qalmaqallı məsələdir. Müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi açılıb. Bunlara hüquqi qiymət veriləcək”.
Amma ortada çox daha ciddi suallar var. Bunlardan biri də həmin jurnalistlərin, redaktorların arxasındakı məmurların cəzalandırılıb-cəzalandırılmayacağı ilə bağlıdır. Heç kimə sir deyil ki, bu sayaq jurnalistlər heç də arxasız-dayaqsız fəaliyyət göstərə bilməzdilər.  İndiki halda isə reket mətbuatı saxlayan, bəsləyən məmurların cəzalanması da səslənən tələblər sırasındadır. Media siyasətinə yeni korrektələr şərtdir və gözləniləndir.  Kimin əlində nə kimi mətbu resurs varsa, hamısı alınır və bir mərkəzdə cəmləşdirilir. Redaktorlar bu haqda nə düşünür?
“Turan” agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, indiki ərəfədə reket jurnalistlərin həbsi “KİV haqqında” Qanuna edilən son dəyişikliklərlə bağlıdır. Belə ki, sözügedən dəyişikliklərdə şərəf və ləyaqətə toxunma, insanların şəxsi həyatına müdaxilə adekvat cəzanı nəzərdə tutur: “İndi isə reketləri ona görə həbs edirlər ki, gələcəkdə baş verəcək digər həbslər üçün zəmin yaratsınlar. Qurbanlıq o adamlar olur ki, jurnalistikaya heç bir aiddiyyatı olmur.  Sabah keçəcəklər normal jurnalistlərə, bloqqerlərə, sosial şəbəkədə tənqidi status yazan vətəndaşlara. Deyəcəklər ki, biz onsuz da bu cür həbsləri daha öncə də edirdik, sizə özəl deyil”.
Müsahibimiz hesab edir ki, reket jurnalistlərin arxasında dayanan məmurlar açıq şəkildə cəzalandırılmayacaq. Onları bağlı qapılar arxasında, danışıqlar nəticəsində cəzalandıracaqlar: “Onsuz da bunları himayə edənlər oliqarxlar deyildi. Onları xüsusi  xidmət orqaları həbs etdirib. Həbs olunan tipajları tanıyıram. Əvəz Zeynallı həbs olunan zaman biz onun  hüquqlarını müdafiə komitəsi yaratmışdıq. Habil adlı o redaktor gəldi və provakasiya yaratdı. Onda görünürdü ki, bu adam idarə olunur. Bu şəxslərin biznes və dükanları var. Təəssüflər olsun ki, medianın əksəriyyəti bu cür adamlardan ibarətdir”.
Gununsesiinfo.az portalının rəhbəri Pərviz Həşimli isə hesab edir ki, bu gün də ölkədə reket media var. Sadəcə onlar Habil Vəliyev kimi yüksək səviyyədə himayə olunmayıblar: “ Onlar istənilən bir məhkəmədə uduzurlar və dərhal hədələdikləri, təhqir etdikləri şəxslərdən üzrxahlıq edirlər. Düşünmürəm ki, onların arxasında məmurlar dayanır. Məmur dayanan qəzet ayda bir dəfə nəşr olunmaz. Amma Habil Vəliyevlə bağlı məsələ tamamilə fərqli idi. Onun qəzeti və əlindəki saytlar bir neçə ildir ki, MTN-nin Anti-Terror Mərkəzinin himayəsi altında idi. Bu adamı dəfələrlə məhkəməyə versələr də, onun cəzalanmasına nail ola bilmirdirlər. Mən millət vəkilləri, icra başçısları, baş həkimlər tanıyıram ki, Habil Vəliyevlə bacarmırdı. Hətta onunla bağlı araşdırmalarımda öyrəndim ki, Habil Vəliyev hər ay Anti Terror Mərkəzinin rəis müavini İlqar Əliyevə 30 min aylıq verirmiş. MTN özü tora salmaq istədiyi adamlarla bağlı dezinformasiyanı ona ötürürdü sonra həmin adamı çağırıb, pullarını alırdılar. Həbsimdən 10 gün əvvəl “Gündəlik Bakı” adı qəzet guya, Cavid Qurbanovun və Vəli Nağıyevin mənim vasitəmlə müxalifətə pul ötürməsi kimi böhtan xarakterli informasiya yaymışdı. Bu xəbəri MTN-nin sifarişi ilə tirajlamışdılar.
Bu xəbərdən 1 həftə sonra məni həbs etdilər. Həmin o böhtan xarakterli yazını ATM rəisi general Elçin Quliyev masanıın üzərinə qoydu və izahat tələb etdi. Mən də “”öz qəzetinizdir, özünüz yazdırmısınız” dedim”.
Müsahibimiz hesab edir ki, DTX-nin bu prosesi ələ alması müsbət haldır: “Hesab edirəm ki, bu çoxları üçün bir dərs olacaq. Onsuz da qeyri-rəsmi olsa da Habil Vəliyev və digər şəxslər ”MTN İşi” çərmivəsində sorgu-sual olunur. Mən bu barədə məlumatlıyam. Habili himayə edənlər həbsdədir”.(musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button