2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Reket”lərin həbsinə Əflatun Amaşovdan reaksiya – “Cəzalarını alacaqlar”

“Hazırda 70-dən çox mətbu orqanın adı “qara siyahı”mızdadır”.

24saat.org xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov qafqazinfo-ya “reket” jurnalistlərin həbsi ilə bağlı açıqlamasında deyib. MŞ sədri bildirib ki, qurum yaranan gündən media ilə cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə xidmət edir:

“Hər il KİV nümayəndələri ilə bağlı xeyli sayda şikayət daxil olur. Bu şikayətlərin böyük bir qismi reketyönlü, qorxutma, şantajetmə xarakterlidir. Bu müraciətlər araşdırılır və müəyyən qərarlar verilir. Artıq Şura Azərbaycan jurnalistləri qurultayında media nümayəndələrinin xahişi ilə yeni bir komitə yaratdı: “Reket” jurnalistikaya qarşı mübarizə komitəsi.

Saytların yığılması Saytlarin yigilmasi

Bəzi mətbu orqanlar var ki, insanlar haqqında həqiqətə uyğun olmayan məlumatlar verir, onların şərəf və ləyaqətini alçaldır. Bu səbəbdən şura “qara siyahı” tərtib edib və bu siyahıda 70-dən çox mətbu orqanın adı var. Onlardan bəziləri bir müddət sonra nəşrlərini bağlayıb yeni adla sayt və ya qəzet tərtib ediblər. O ki qaldı son zamanlar baş verən hadisələrə, hazırda müəyyən araşdırma işləri aparılır. Əgər həqiqətən də onlar “reket”lik fəaliyyəti ilə məşğul olurlarsa, öz cəzalarını alacaqlar. Ümumiyyətlə medianı saflaşdırmaq dövrün tələbidir”.

Ə.Amaşov qeyd edib ki, baş verən hadisələr heç bir vəchlə mətbuat azadlığının məhdudlaşdırılması adlandırıla bilməz. Bu mətbu orqanların fəaliyyəti artıq jurnalistika müstəvisindən çıxıb cinayət müstəvisində araşdırılmalı, hər hansı bir tədbir görülməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button