Gündəm

Rus milyarder boşandığı arvadına 583 milyon dollar ödəyəcək

İngiltərə Ali Məhkəməsi 61 yaşlı bir rus milyarderin keçmiş arvadına 453 milyon sterlinq (təxminən 583 milyon dollar) ödəməsi haqqında qərar çıxarıb.

Bunun İngiltərə tarixində bir boşanma iddiası zamanı ödənilməli ən böyük təzminatlardan biri olduğu deyilir. Məhkəmə yetkin oğulları olan cütlüyün adlarının açıqlanmasını qadağan edib. Qafqaz mənşəli rus milyarderin keçmiş bir neft və qaz ticarətçisi olduğu deyilir. 41 yaşındakı qadının da Şərqi Avropalı olduğu və 2000-ci ildən İngiltərə vətəndaşlığı daşıdığı bildirilir. Cütlüyün 1993-cü ildə Moskvada tanış olub evləndiyi və eyni il Londona yerləşdiyi bildirilir.

Hakim cütlüyün evlilikdən sonra əldə etdiyi varidatın 41,5%-nin qadına verilməsinə hökm çıxarıb. Məhkəmə qeydlərinə görə rus milyarder 5 il əvvəl bir rus enerji şirkətindəki 1 milyard 300 milyon dollarlıq hissəsini satıb.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close