2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

“Rusaqro” iflas olur – Rusiyanın məşhur kənd təsərrüfatı şirkətinin gəliri 99 faiz azalıb

Rusiyada məşhur kənd təsərrüfatı şirkətinin gəliri bu ilin birinci yarısında 99 faiz azalıb.

TASS xəbər verir ki, məzənnə fərqinə görə Rusiyanın “Rusaqro” kənd təsərrüfatı şirkətinin xalis gəliri ötən ilin ilk 6 ayı ilə müqayisədə 99 faiz azalaraq 16,7 milyard rubl qarşılığında 166 milyon rubl təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Vurğulanıb ki, şirkətin xalis borcu 98,97 milyard rubl, xalis itkisi isə 1,78 milyard rubl olub.

“Rusaqro” Rusiyanın şəkər, yağ və yağ-piy məhsulları istehsal edən böyük şirkətidir.

Ukrayna ilə müharibədən əvvəl Rusiyanın ərzaq bazarında ABŞ-ın “PepsiCo” şirkəti liderlik edib. Onun payını iyun ayında Rusiyanın iki holdinq bölüb: “Efko” və “Rusaqro”.

Ukrayna ilə müharibədən əvvəl Rusiyanın ərzaq bazarında ABŞ-ın “PepsiCo” şirkəti liderlik edib. Onun payını iyun ayında Rusiyanın iki holdinq bölüb: “Efko” və “Rusaqro”.

Şirkətin əsas sahibi, keçmiş senator Vadim Moşkoviç Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına görə bu ilin martında Avropa İttifaqının sanksiyasına məruz qalıb. O, bir müddət sonra şirkətin direktorlar şurasından çıxıb.

“24 saat ““Rusaqro” iflas olur – Rusiyanın məşhur kənd təsərrüfatı şirkətinin gəliri 99 faiz azalıb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button