Loading...
Loading...
ÖLKƏSiyasət

Rusiya Finlandiya və İsveçi müharibə ilə hədələyir – Qərb mediası

Finlandiya rəhbərliyi son həftələrdə NATO üzvlüyünə meylli olduğunu və bu məsələyə yaxınlarda aydınlıq gətiriləcəyini bildirib
Rusiyada millət vəkillərindən biri Finlandiyaya xəbərdarlıq edib ki, əgər finlər NATO-ya qoşulsalar, Rusiya üçün “legitim hədəfə” çevriləcəklər və ölkələrinin “dağıdılmasını” qanuni edəcəklər.
Finlandiya rəhbərliyi son həftələrdə NATO üzvlüyünə meylli olduğunu və bu məsələyə yaxınlarda aydınlıq gətiriləcəyini bildirib.
Lakin Rusiya millət vəkili, senator Vladimir Cabarov deyib ki, Finlandiyanın NATO-ya üzvlüyü Ukraynadakına bənzər “dəhşətli faciəyə” yol aça bilər.
O deyib ki, bu addım Helsinki tərəfindən “strateji səhv” olardı:
“Bütün bu illər ərzində Rusiya ilə iqtisadi bağlar hesabına uğurla inkişaf edən Finlandiya hədəfə çevriləcək. Düşünürəm ki, bu, bütün fin xalqı üçün dəhşətli faciə olacaq”.
Rusiyanın başqa bir senatoru isə əlavə edib ki, “finlərin öz ölkələrinin məhvinə qol qoyacaqlarına inanmır”.
İki risk
Aprelin 7-də NATO-nun bir sıra üzvləri Finlandiyaya alyansa üzvlük prosesində dəstək təklif etmişdilər.
Bəzi təxminlərə görə bu proses 4 ayadək davam edə bilər.
Daily Mail qəzeti yazır ki, uzun müddət neytral olan Finlandiyada NATO üzvlüyünə ictimai dəstək Rusiya Ukraynaya təcavüz edəndən bəri sürətlə yüksəlib.
Finlandiyanın baş naziri Sanna Marin bu həftənin əvvəllərində demişdi ki, onun ölkəsi üçün həm NATO-ya qoşulmaq, həm də qoşulmamaq risklidir:
“Biz bu iki riskin qısa və uzun müddətli təsirini götür-qoy etməliyik. Başlıca amalımız Finlandiyanın və finlərin bütün situasiyalarda təhlükəsizliyinin təmin olunmasıdır”.
Marin əlavə edib ki, onun ölkəsinin Rusiya ilə münasibətləri Moskvanın Ukraynaya təcaüvüzündən sonra geriyə dönməyəcək dərəcədə dəyişib.
Açıq hərbi hədə
Finlandiyanın Rusiya ilə 1340 kilometrlik sərhədi var və bu, Avropa İttifaqında Rusiya ilə ən uzun sərhəddir.
Ölkə Moskvanı qıcıqlandırmamaq üçün Soyuq müharibədən sonra da neytrallığını saxlayıb.
Lakin Finlandiya rəhbərliyi bildirir ki, Rusiyanın Ukraynaya hücumu “Finlandiyada təhlükəsizlik landşaftını tamamilə dəyişib”.
Ötən ay bir Rusiya rəsmisi də Finlandiya və İsveçi NATO-ya qoşulacaqları təqdirdə “ciddi hərbisiyasi nəticələrlə” hədələmişdi.
Rusiya XİN-in Avropa İdarəsinin direktoru Sergey Belyayev Interfax agentliyinə demişdi:
“Bu aydındır ki, Finlandiya və İsveçin ilk növbədə hərbi təşkilat olan NATO-ya qoşulması bu ölkələrlə bütün münasibətlərə yenidən baxılması və cavab tədbirləri görülməsi də daxil ciddi hərbi və siyasi nəticələrə səbəb olardı”.

24 saat” “
Rusiya Finlandiya və İsveçi müharibə ilə hədələyir – Qərb mediası
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Buçada Rusiyanın hansı hərbi bölmələri olub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button