2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Rusiya iqtisadiyyatı həyəcan təbili çalır: Rublda rekord ucuzlaşma

2023-08-16 05:08:05

class=”mediyanet-inline-adv”>

Rusiya rublu başda dollar və avro olmaqla bütün xarici valyutalar qarşısında ciddi dəyər itirərkən, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 12 faizə qaldırmaq qərarına gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

MB Növbədənkənar İclası Keçirdi

Müharibənin ilk aylarından sonra 70-80 diapazonunda saxlanılan dollar-rubl pariteti avqustda yüksəlməyə başlayıb. Rublun ucuzlaşması getdikcə sürətləndiyi halda, ötən həftə sonu 1 dollar 101 rubla, 1 avro isə 110 rubla çatıb. Rublun ciddi ucuzlaşmasının ardınca Rusiya Mərkəzi Bankı bazar ertəsi axşam növbədənkənar iclas keçirərək faiz dərəcəsini 8,5 faizdən 12 faizə qaldırdıqlarını açıqlayıb. Açıqlamadan sonra dollar-rubl pariteti 96-ya düşsə də, çərşənbə axşamı səhər birjanın açılışı ilə 1 dollar yenidən 99 rubla yüksəldi. Rusiyalı iqtisadi ekspertlər bu qənaətdədirlər ki, faiz dərəcələrinin artırılması qərarının müharibə davam etdiyi müddətdə müvəqqəti effekti olacaq.

class=”mediyanet-inline-adv”>

YEN VƏ RUPİN HƏRƏKƏTİ İŞLƏMƏDİ

İqtisadçılar rublun ucuzlaşmasını büdcə kəsirinin, hərbi xərclərin və valyuta daxilolmalarının azalması ilə əlaqələndirirlər. Rusiyanın ən böyük maliyyə şirkətlərindən biri olan “Alfa Kapital”ın eksperti Vladislev Silayev rublun dəyər itirməyə davam edəcəyini proqnozlaşdırıb və bu vəziyyətdə sanksiyaların və büdcə kəsirinin təsirli olduğunu bildirib. Silayev, “Rusiya rəhbərliyinin düşmən siyahısında yer alan ABŞ və AB valyutaları əvəzinə Çin yen və ya Hindistan rupisi ilə ixrac etməsi dollar və avroya tələbin qarşısını ala bilmədi” şərhini verib.

HƏRBİ XƏRCLƏR ARTIB, NEFT GƏLİRLƏRİ AZALIB

Rusiya iqtisadiyyatının sarsılmasına 100 milyard dollara çatan hərbi xərclərin də təsir etdiyi bildirilir. Müharibə səbəbindən daha çox tank, silah və sursat istehsal etməli olan Rusiya iqtisadiyyatı kağız üzərində izafi görünsə də, əlavə dəyər yaratmayan silahların istehsalı iqtisadiyyatı aşağı sürükləyir. Rusiyanın neft və təbii qaz satışından əldə etdiyi gəlirin 2022-ci ilə nisbətən 45 faiz azalması valyuta axınını azaldan digər mühüm amildir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button