2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Rusiya kabusa oyandı… Moskvaya pilotsuz təyyarə hücumu! İlk görüntüləri təqdim edirik

2023-07-24 11:27:53

class=”mediyanet-inline-adv”>

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında dron hücumunun dəf edildiyi, itkilərin olmadığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlətə məxsus Tass xəbər agentliyi Müdafiə Nazirliyinin yaxınlığında pilotsuz təyyarənin qəzaya uğradığını bildirib.

Hücumla bağlı Kiyevdən hələlik heç bir açıqlama verilməyib.

Rusiya Müdafiə Nazirliyinin Telegram-da verdiyi açıqlamada bu ifadələr yer alıb: “Kiyev rejimi iki pilotsuz uçan aparatdan istifadə edərək Moskvaya terror hücumuna cəhd edib”. Nazirlik hücumun “bloklandığını” iddia edib.

Rusiya kabusa oyandı... Moskvaya pilotsuz təyyarə hücumu İlk görüntüləri təqdim edirik

Moskva qubernatoru Sergey Sobyanin bildirib ki, hücumlar qeyri-yaşayış binalarını vurub.

Tass-ın məlumatına görə, Komsomolski bulvarında pilotsuz təyyarənin qalıqları aşkar edilib. Paylaşılan fotolarda bu ərazidə nəqliyyatın bağlı olduğu görünür.

class=”mediyanet-inline-adv”>

Bu ayın əvvəlində Rusiya Ukraynanın Moskvaya növbəti dəfə pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb. May ayında Kiyev Kremlə qarşı dron hücumları həyata keçirdiyinə dair iddiaları təkzib etmişdi.

Bu həftə Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə Ukrayna taxılının Qara dənizdən təhlükəsiz keçməsinə imkan verən razılaşmanı dayandırıb.

Rusiya kabusa oyandı... Moskvaya pilotsuz təyyarə hücumu İlk görüntüləri təqdim edirik

Rusiya bazar ertəsi razılaşmanı dayandırdığını elan etdikdən bir neçə saat sonra Ukraynanın Odessa və Mikolayv limanlarına hücumlara başlayıb.

Daha sonra həftənin ortalarında raket hücumları taxıl anbarlarını və Odessa limanlarını hədəf aldı.

Qara dəniz sahilindəki Çornomorsk limanına da hücumlar olub. Odessa hərbi sözçüsü Serhiy Bratçuk bildirib ki, hücumların əhatə dairəsi çox genişdir.

Ukraynanın kənd təsərrüfatı naziri həmçinin bildirib ki, raket hücumları nəticəsində 60 min ton Ukrayna taxıl məhv edilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button