Gündəm

Rusiya mediası Lənkəranski və Quli tərəfdarlarını necə qazışdırır?

Azərbaycana ən müxtəlif yollarla təsir imkanlarını atırmağa çalışan Rusiya məqsədinə çatmaq üçün kriminal dünyanı da diqqətdən kənarda qoymur. Bu məqsədlə Lənkəranski və Quli tərəfdarları arasında yeni münaqişə hazırlanır.

“24 saat” xəbər verir ki, Rusiya mediası Azərbaycanın kriminal dünyasında çaxnaşma yaratmaq yenidən hərəkətə keçib. Məsələn, az əvvəl Rusiya mediasında Türkiyədə qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) məzarı ilə bağlı yazı dərc edilib. Həmin yazıda Lotu Qulinin məzarı nekropol kimi təqdim edilir. Eyni zamanda məzarın bu sayaq dəbdəbəli düzəldilməsi Nadir Səlifovdan bir neçə il əvvəl Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) adamlarına mesaj kimi dəyərləndirilir. Beləliklə, həm Nadir Səlifovun qətli dolayısı ilə Lənkəranskinin tərəfdarlarının ayağına yazılır, həm də bu iki qrup arasında əbədi düşmənçilik toxumu səpilir.

Yazıda iddia edilir ki, guya Nadir Səlifovun məzarının dəbdəbəli düzəldilməsi Rövşən Canıyevin məzarına sanki bir cavabdır. Bundan başqa, bu günlərdə Rövşən Lənkəranskinin yaxın tərəfdarlarından olan “qanuni oğru” Ülfət Tağıyevin (Rufi Gəncinski) azadlığa çıxması barədə xəbər yayılıb. Rusiya mediası dərhal yazıb ki, Rufo Gəncinskinin azadlığa çıxması azərbaycanlı kriminalitetlər arasında yenidən qanlı savaşın başlanmasına səbəb olacaq.

Rövşən Lənkəranski qətlə yetiriləndə Rufo Gəncinski həbsdə idi. Məlumdur ki, bu qətl Nadir Səlifovun tərəfdarlarının aktivinə yazılıb. Rusiya mediası Rufo Gəncinskinin qisas alacağını iddia edir. Eyni zamanda Nadir Səlifovun tərəfdarlarının da artıq yeni müharibəyə hazırlaşdıqlarını qeyd edir. Əslində isə, artıq Azərbaycanın kriminal dünyasında ədavətə son qoyulması məsələsi gündəmdədir. Çünki uzun illər “qanuni oğru”lar arasında baş qaldıran ziddiyyətlər nəticədə kriminal dünyadan tamamilə zəifləyərək sıradan çıxmasını şərtləndirib. Rusiya mediasının zaman-zaman azərbaycanlı “qanuni oğru”lara qarşı kampaniya aparması, ölkənin krminal dünyasında çaxnaşma yaratmağa cəhd göstərməsi təsadüfi deyil.

Yuxarıda qeyd etdiyimiz kimi bu bir tərəfdən Kremlin Azərbaycanı nəzarətdə saxlamaq üçün bütün vasitələri işə salması ilə bağlıdır, həm də Rusiyanın “qanuni oğru”larının artıq meydandan çəkilməsi, bu ölkənin kriminal dünyasında gürcü və azərbaycanlıların söz sahibi olmasından irəli gəlir.

Rusiya bunu istəmir və yenə də rus “qanuni oğru”larının söz sahibi olmasına çalışır. Buna görə də, Lənkəranski və Quli tərəfdarları arasında mübaqişə yaradılır.

24saat.org

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button