Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Rusiya neftinin qiymətinə limitin qoyulması hansı nəticələr doğuracaq?

Ukraynaya qarşı başlatdığı müharibədən dolayı Rusiya bu günə kimi heç bir ölkəyə qarşı tətbiq olunmayan sayda məhdudiyyətlərlə qarşılaşıb. Sanksiyalar mədən sənayesi, maliyyə, kənd təsərrüfatı, metallurgiya, informasiya texnologiyaları sektorlarından tutmuş neft-qaz sahəsinə kimi geniş spektoru əhatə edir. Bu məhdudiyyətlərin təməl məqsədi Rusiya iqtisadiyyatını sarsıtmaq və ölkənin enerji daşıyıcılarının o cümlədən neft satışından gəlirlərini azaltmaqdır. Gözləntilərə görə, bunlar reallaşacağı təqdirdə Rusiyanın müharibəni davam etdirmək imkanları məhdudlaşacaq ki, bu da onu işğalçılıq siyasətinə son qoymağa sövq edəcək. Hələ ki, Rusiyanın Ukraynanın işğalına dair planları dəyişməsədə, sankiyalar öz işini görməkdədir.

Belə ki, iyulda Rusiyanın neft ixracının həcmi sutkalıq 115 min barel aşağı düşüb. ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Yaponiya və Cənubi Koreyaya neft və neft məhsullarının tədarükü müharibə başlayandan bu yana təxminən sutkalıq 2,2 milyon barel azalıb. Rusiya bunun 2/3 hissəsini Hindistan, Çin, Tükiyə və digər ölkələrə yönləndirsə də həmin bazarlarda öz neftini böyük endirimlə satmaq məcburiyyətindədir. Belə ki, iyulda “Urals” markalı neftin satış qiymətinə endirim 34 ABŞ dolları olub. Eyni zamanda dünya bazarında neft qiymətlərinin azalması fonunda hesabat ayında “Urals” 9 ABŞ dolları ucuzlaşaraq 78 ABŞ dollarına düşüb. Nəticədə ölkənin neft ixracından gəlirləri əvvəlki ayla müqayisədə iyulda 2 milyard ABŞ dolları azalaraq 19 milyard ABŞ dolları olub.

Aİ ölkələrinin Rusiyadan neft və neft məhsullarının idxalına embarqosu işə düşəndən (5 dekabr və 5 fevraldan) sonra bu ölkənin neft-qaz gəlirləri 2023-cü ildə 40 % azala bilər. Eyni zamanda artıq gələn ilin əvvəlində neft hasilatının 20 % azalacağı gözlənilir. Lakin ABŞ və onun qərb müttəfiqləri bununla məhdudlaşmaq niyyətində deyil. Vaşinqton hesab edir ki, embarqo Rusiya neftinin qiymətinin daha da artıra bilər. Belə olan təqdirdə Moskva digər ölkələrə o cümlədən Çin və Hindistana neft satışından daha çox qazana biləcək. Buna görə də Rusiya nefti üçün yuxarı qiymət həddinin təyin olunması təklif edilir. Artıq G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiya) maliyyə nazirləri bu barədə qərar qəbul edib. Həmin həddən yuxarı qiymətə Rusiya neftinin dənizlə daşınması və bunu həyata keçirən şirkətlərin sığortlanması qadağan ediləcək. Rusiyanın bu cür qərara reaksiyası gözlənildiyi kimi sərt oldu. Belə ki, Rusiya bazar şərtlərindən kənar heç bir ölkəyə neft tədarük etməyəcəyini bəyan edib.

Görünən odur ki, gələn ilin əvvəlində neft bazarında qeyri-müəyyən situasiya formalaşa bilər. Belə ki, o vaxta kimi Rusiya Avropa üçün nəzərdə tutulan həcmləri Asiyaya istiqamətləndirə bilməsə hasilatı aşağı salmalı olacaq. Digər tərəfdən bunu edə bilsə belə yenə də hasilatın azalmasından sığortalanmır. Belə ki, Asiya ölkələri sanksiyaların hədəfinə çevrilməmək üçün Rusiya neftini qərbin təyin etdiyi qiymətlə almaq qərarı da verə bilər. Belə olan təqdirdə isə Rusiya həmin ölkələrə tədarükü dayandıracaq. Hər iki halda defisitin yaranmasına görə “qara qızıl”ın qiyməti kəskin arta bilər. “JP Morgan Chase”in proqnozuna görə qərbin sanksiyalarına cavab olaraq Rusiya neft hasilatını əhəmiyyətli həcmdə azaltsa həmin xammal 380 ABŞ dollarına kimi bahalaşa bilər. Qərb vəziyyətin bu məcrada inkişaf edəcəyini hesablamaya bilməz. Lakin görünən odur ki, Rusiyanın dünya düzəni üçün yaratdığı təhlükə Aİ-nin maliyyə itkilərindən daha əhəmiyyətlidir. Bu təhlükə qarşısında Aİ 300 milyardından (yaşıl enerjiyə keçidə bu qədər investisiya yatırılacaq) belə keçməyə hazırdır. Buna baxmayaraq əminliklə demək olar ki, qarşıdakı yarım il qərbin hazırki Rusiya siyasəti üçün ciddi sınağ dövrü olacaq.

Gözdən qaçırmayın:  Ukrayna müharibəsi: Rusiya Avropa İttifaqına uzanan qaz kəmərini bağlı saxlayacaq

24 saatRusiya neftinin qiymətinə limitin qoyulması hansı nəticələr doğuracaq?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button