2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Rusiya Odessanı PUA-larla vurdu

class=”mediyanet-inline-adv”>

Rusiya Ukrayna limanlarına hücumlarını davam etdirir. Ukrayna Cənub Hərbi Komandanlığından verilən açıqlamada, Rusiyanın bu gün Ukraynanın Odessa vilayətinin cənubundakı Dunay çayı liman infrastrukturuna pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyi, ən azı 2 nəfərin yaralandığı bildirilib.

Hücumlar nəticəsində baş verən yanğının qısa müddətdə söndürüldüyü, Rusiya tərəfindən bölgəyə atılan İran istehsalı olan 25 “Şahed” İHA-dan 22-nin Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib. Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak sosial media hesabındakı paylaşımında “Rusiya terrorçuları dünyada ərzaq böhranı və aclıq yarada biləcəkləri ümidi ilə Ukraynanın liman infrastrukturuna hücumlarını davam etdirirlər” deyib.

Saytların yığılması Saytlarin yigilmasi

class=”mediyanet-inline-adv”>

Rusiya 2023-cü il iyulun 17-də müddəti başa çatan Qara dəniz Taxıl Dəhlizi Müqaviləsinin müddətini ərzaq məhsullarının satışının qarşısındakı maneələrin aradan qaldırılmadığını əsas gətirərək uzatmamağa qərar vermişdi. Ukraynanın taxıl ixracına mane olmaq istəyən Rusiya, güc tətbiqini artıraraq taxıl ixracı üçün mühüm marşrut olan Dunay çayı ətrafındakı Ukrayna limanlarını hədəf almağa davam edir.

2023-09-03 15:10:14

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button