Rusiya səfiri Andrey Karlovu qətlə yetirən Mövlud Mert Altıntaş Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanı 8 ayrı tədbirdə mühafizə edib.
Türkiyə mətbuatının yazdığına görə, bu tədbirlərin hamısı bu ilin iyulunda baş verən hərbi qiyam cəhdindən sonra olub.
Altıntaş çevik polis alayının əməkdaşı kimi, prezidentin mühafizəsini təmin edənlər arasında olub.
Xatırladaq ki, 22 yaşlı sui-qəsdçi iki il yarımdır polis sistemində çalışırdı.