2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
XəbərlərYerli biznes xəbərləri

Rusiya şirkətinin Azərbaycandakı şərab zavodunun rəhbəri dəyişdi

Rusiyanın spirtli içki istehsalçısı “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin yerli törəməsi və Azərbaycanda dövlətə məxsus şərab müəssisini alan “AzAbrau” MMC-nin rəhbəri dəyişib.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, Viktor Jarov direktor vəzifəsindən istifa verib, onun yerinə Ernest Minqazov təyin edilib.

Jarov bir il öncə şirkətə rəhbər təyin edilmişdi. Ətraflı

“AzAbrau” MMC 2021-ci ilin iyulunda yaradılıb. Hazırda 5 374 432 manat nizamnamə kapitalı var. Şirkət 2021-ci ilin dekabrında Şəkidə fəaliyyətdə olan “Şəki Şərab” MMC-nin bir hissəsini satın alıb.

Həmin tarixdə Əmlak Məsələləri Dövlət Xidməti və şirkət arasında alğı-satqı müqaviləsi imzalanıb.

Müqavilənin şərtlərinə uyğun olaraq, qalib şirkət dövlət büdcəsinə 1.92 milyon manat ödəniş etməyi, müəssisənin inkişafı üçün 4,5 milyon manatlıq İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” həmçinin, müəssisənin ümumi məbləği 535 min manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarını ödəməyi öhdəliyinə götürüb.

Şirkət Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır, yaxın perspektivdə üzüm bağlarının salınmasını nəzərdə tutur.

“Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 mln. butulka şərab istehsal etmək imkanına malikdir.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button