Loading...
Loading...
Gündəm

Rusiya Türkiyədə görüşməyə “YAŞIL İŞIQ” yandırdı

Rusiya: Heyətlərin Türkiyədə görüşməsi yaxşı fikirdir

RusiyaRusiya-Ukrayna müharibəsi” ilə bağlı davam edən danışıqlarla bağlı açıqlama verib. Rusiyadan verilən açıqlamada “RusiyaUkrayna nümayəndə heyətlərinin Türkiyədə görüşməsi yaxşı fikirdir” ifadəsi işlədilib.

Reuters-in xəbərinə görə, Rusiyanın BMT-dəki səfiri Gennadi Qatilov RusiyaUkrayna xarici işlər nazirləri arasında gələn həftə Türkiyədə görüş keçirilməsi təklifini müsbət qarşılayıb.

Qatilov bildirib ki, martın 11-13-də Antalyada keçiriləcək diplomatik forumda belə bir görüşün keçirilməsi ideyası yaxşıdır.

İKİNCİ GÖRÜŞÜN DƏ NƏTİCƏSİ OLMADI

Rusiya fevralın 24-də hücuma keçdiyi Ukrayna ilə dünən Belarusun Brest şəhərində ikinci dəfə masa arxasına oturdu. Danışıqların ikinci mərhələsi başa çatdıqdan sonra üçüncü “raundun” keçiriləcəyi, humanitar dəhlizin yaradılması ilə bağlı konsensusun əldə olunduğu bildirilib.

PUTIN: HƏFTƏ SONU ÜÇÜNCÜ RAUD KEÇİRİLƏ BİLƏR

Rusiyanın Ukraynaya hücumları davam edərkən Almaniya kansleri Olaf Şolzla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit Putinin baş nazir Şolzla Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun bu həftə sonu keçirilə biləcəyi barədə məlumat verdiyini bildirib.

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna münaqişəsi: Bir şəhər necə dağıdılıb? VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button