2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyada kişi qırğını – 24 saat

Böyük Britaniyanın “The Telegraph” qəzetində “Putinin müharibəsinə görə Rusiya bir milyona yaxın gənc kişisini itirib” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Britaniya ordusunun veteranı, “Civitas” müstəqil analitik mərkəzinin müdafiə və təhlükəsizlik bölməsinin rəhbəri Robert Klarkdır. Robert Klarkın məqaləsinin ingiliscədən tərcüməsini təqdim edirik.

Putinin Ukraynada başlatdığı müharibədən bir ildən çox vaxt ötür, hərbi əməliyyatların sonu isə hələ də görünmür. Əksinə, münaqişə daha amansız mərhələyə qədəm qoyur.

2022-ci il fevralın 24-dən döyüş meydanında verdiyi hədsiz itkiləri və yüz minlərlə gəncin səfərbərlikdən yayınmaq üçün ölkədən baş alıb getdiyini nəzərə alanda Rusiyanın bu müharibədə kişi cinsindən olan bir milyona yaxın gənc insanını itirdiyini söyləmək mümkündür.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın döyüş meydanındakı itkilərinin miqyası müasir dövrün hərbi gözləntilərinə qətiyyən uyğun gəlmir. Məsələn, Qərbdə həm qısamüddətli, həm də qətiyyətli hərbi əməliyyatlara üstünlük verilir və bu, itkilərin də az olmasına şərait yaradır. Rusiyanın sovet dövrünün hərbi doktrinalarından qaynaqlanan hərbi strategiyası isə tərsinə davranır, köhnə üslubda hərəkət edir və düşmənin müdafiəsini sarsıtmaq üçün piyadalarla, artilleriya ilə kütləvi yürüşə keçməklə böyük axın yaratmağa hesablanır. Kremlin bu kobud taktikası son zamanlar Ukraynanın Baxmut şəhərində daha qaba üsulda həyata keçirilir. Ukraynanın müdafiəsini yarmaq üçün Rusiya yeni hücumçu bölmələr formalaşdırıb. Yeni bölmələr yeni hücumlara başlayıb, amma ortaya əhəmiyyətli nəticə qoya bilməyib. Rus qoşunları mövqelərdə kortəbii surətdə yerləşdirilir, düzgün dislokasiya yoxdur, qarşıdakı həftələrdə, aylarda Qərbin yüksək keyfiyyətli hərbi texnikasının hərəkətə gətirilməsi isə Moskvanı daha ağır itkilərə məruz qoya bilər.

Kreml müharibəyə təxminən 150 minlik qoşunla başlamışdı. Son hesablamalara görə, artıq Rusiyanın həlak olan, yaralanan və itkin düşən döyüşçülərinin ümumi sayı 200 minə çatır. Yenilədiyi hücumların ilk bir neçə həftəsində Rusiyanın həlak olan və yaralanan əsgərlərinin gündəlik sayı 800-1000 nəfər arasında olub. Bəzi günlərdə bu rəqəm 1000 nəfəri də keçib. Deməli, Rusiyanın aylıq itkisi 20 min nəfərdən çoxdur. İndi bu rəqəmi Rusiyanın döyüşə atdığı qoşunların ümumi sayına nisbətdə götürək. Yəni neçə min nəfərlik qoşun ayda 20 min nəfər itirir? Bu, döyüşən qoşunun neçə faizi deməkdir?

1916-cı ildə Fransanın Somma çayı sahilində Birinci Dünya müharibəsinin ən qanlı döyüşlərindən biri baş verib. Somma döyüşü beş aya yaxın davam edib. Həmin döyüşdəki itkiləri orda iştirak edən qoşunların ümumi sayına nisbətdə, yəni faizlə götürəndə Rusiyanın Ukraynadakı gündəlik itkilərinin daha çox olduğu anlaşılır.

Rusiya yalnız cəbhəyə əlavə döyüşçü göndərməklə qoşunlarını tükənməkdən qoruya bilir. Təsadüfi deyil ki, Rusiyada səfərbərlik prosesinin yeni mərhələsinin start götürdüyü haqda söz-söhbət gəzir. Deyilənə görə, bu mərhələdə daha 500 min nəfəri zorla yığıb cəbhəyə göndərmək nəzərdə tutulur. Prezident Vladimir Putin artıq ötən il səfərbərlik yaşının 27-dən 30-a qaldırılmasına razılıq verib. 2022-ci ilin payızında Rusiyada 300 min nəfər səfərbərliyə çağırılıb. Onların çoxu cəbhədə seyrəlməkdə olan qoşunların sıralarına daxil edilib.

Ancaq məsələnin başqa tərəfi də var: ötən il Putinin Ukraynada “ət maşınına” atılacağından ehtiyatlandığına görə kişi cinsindən olan 700 minə yaxın rusiyalı gənc ölkəni tərk edib, yəni faktiki səfərbərlikdən yayınıb. Bu, Putinin ağılsız müharibəsi nəticəsində Rusiyanın ümumilikdə bir milyona yaxın gənc insanını itirməsi deməkdir. 2022-ci ilin yanvarına, müharibədən bir ay əvvələ olan statistikaya görə, Rusiyada hərbi xidmətə yararlı 7,5 milyon gənc kişi olub. Cəmisi bir il ərzində bu rəqəm 6,5 milyona düşüb. Müharibə indiki templə davam etsə, Rusiyada qalan kişilər arasında cavan adam tapmaq çətin olacaq.

24 saat” “Rusiyada kişi qırğını – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button