2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiyada LGBT ekstremist hərəkat elan edildi

Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında LGBT hərəkatını qadağan etmək və onu ekstremist kimi tanımaq barədə qərar qəbul edib.

Toplum TV “Radio Svoboda”-ya istinadən xəbər verir ki, noyabrın 30-da baş tutan məhkəmə iclasdan sonra qəbul edilən qərar dərhal qüvvəyə minib.

Hüquq müdafiəçiləri “LGBT hərəkatı”na qoyulan qadağanın LGBT nümayəndələrinə, habelə LGBT hüquqlarını müdafiə edən fəalları repressiya etmək məqsədi daşımasından ehtiyat edirlər. 

Saytların yığılması Saytlarin yigilmasi

“İnterfaks” yazdığına görə isə, qərar “vətəndaşların şəxsi toxunulmazlıq hüququna təsir göstərmir və heç bir mənfi hüquqi nəticələrə səbəb olmayacaq”, “məhdudiyyətlər ancaq LGBT təbliğatına” istiqamətlənib. 

2022-ci ilin dekabrından Rusiyada homoseksuallıq, biseksuallıq və transseksuallıq haqqında pozitiv məlumatların yayılması qadağan edilib. Bunun üçün vətəndaşlar üçün 400 min rubla qədər, təşkilatlar üçün isə beş milyon rubla qədər cərimə nəzərdə tutulur.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button