2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiyadan Qarabağa qoşunların yerləşdirilməsi ilə bağlı açıqlama

Rusiya Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsinə aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, hazırda münaqişə zonasına sülhməramlıların yerləşdirilməsi ideyası yoxdur.

“Hələ 1990-ci illərdən Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı təsdiq edilmiş konsepsiya var. Amma bu münaqişənin nizamlanmasının son mərhələsidir. İndi bu ideyanı dəstəkləyən yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Lukaşeviç deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT-in himayəsi altında sülhməramlıların yerləşdirilməsi ilə bağlı sxem uyğunlaşdırılır. “Bu ATƏT üçün dəqiq göstərilmiş vəzifədir. Amma bunlar yalnız eskizlər üzərindədir. Ümumilikdə sülhməramlıların yerləşdirilməsi məsələsi müntəzəm olaraq müzakirə edilir”, -deyə diplomat bildirib.

O deyib ki, Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi ideyası ATƏT üçün böyük çağırış olacaq. “Çünki ATƏT heç vaxt belə bir işlə məsğul olmayıb”.

Aleksandr Lukaş-Rusiyanın ATƏT yanında  daimi nümayəndəsi

Aleksandr Lukaş-Rusiyanın ATƏT yanında daimi nümayəndəsi

Aprel ayında baş verən toqquşmalardan sonra Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi ilə bağlı məsələ gündəmə gəlib. Amma hər iki tərəf sülhməramlıların yerləşdirilməsinə müsbət  yanaşmır.

Hərbi əməliyyatlardan sonra Ermənistan prezidenti Serj Sarkisyan demişdi ki, münaqişə zonasına Rusiya sülhməramlılarının yerləşdirilməsindən söhbət gedə bilməz. “Hərçənd əvvəllər danışıqlar zamanı Rusiya qoşunlarının münaqişə zonasında yerləşdirilməsinin müzakirə olunduğu haqda xəbərlər əsassız deyildi. Ancaq mən indi belə ehtiyac görmürəm. Rusiya hər iki tərəflə balanslı siyasət aparmaq istəyir”, – deyə o bildirib.

Həmçinin Azərbaycan tərəfindən verilən son açıqlamalar da bu məsələnin rəsmi Bakı üçün də məqbul olmadığını göstərir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya mətbuatına müsahibəsində demişdi ki, sülhməramlı adı altında mövcud status-kvonun möhkəmləndirilməsi mexanizmlərini yaratmaq kökündən səmərəsizdir. “Azərbaycan belə yanaşmaya razılıq verə bilməz. Belə ki, bu bizim ölkəmizin maraqları nöqteyi-nəzərindən qəbuledilməzdir və beynəlxalq hüquqa uyğun deyil. Regiona sülh lazımdır. Məhz bu istiqamətdə birgə səylərin atılması lazımdır”,-deyə səfir bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button