2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyanın Ermənistan və Moldova ilə bağlı ritorikası regionda sabitliyi pozur – Dövlət Departamenti

Bazar ertəsi ABŞ Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Moldova ilə bağlı növbəti döyüş ritorikasına reaksiya verib. 

Lavrov bu yaxınlarda Antalyada Beynəlxalq Forum çərçivəsində KİV qarşısında çıxışında bildirib ki, Qərb “Ukrayna kimi Moldova rəhbərliyini də öz nəzarəti altına götürməyə çalışır”. 

O, həmçinin bildirib ki, Yerevan Moskvadan uzaqlaşmağa və Qərbə qoşulmağa davam etsə, Rusiya Ermənistanla münasibətlərini “ciddi şəkildə yenidən nəzərdən keçirəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz Rusiya hökumətinin bu ritorikasının regionda sabitliyi pozduğunu görürük”, deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın Lavrovun Ermənistanla bağlı ifadələri haqqında sualına cavabda bildirib.

“Məhz buna görə Rusiyanın bu qədər çox qonşusu öz qonşularına qarşı addımlar atmağa hazır olduğunu nümayiş etdirən Rusiya hökumətinin təhdidedici ritorikasından və təhdidedici əməllərindən narahatdır”.

Qərbin Moldova rəhbərliyini “nəzarəti altına götürməyə çalışması” haqqında ittihamlara gəlincə, Miller qısaca belə deyib: “Bu, açıq-aşkar yalandır”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button