Loading...
Loading...
Xəbərlər

Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynada 3 mindən çox uşaq valideynsiz qalıb

Rusiyanın Ukraynaya hücumundan bəri Ukraynada 3182 uşaq valideynsiz qalıb. Bu barədə telemarafon zamanı Milli Sosial Xidmət sektorunun Uşaq Hüquqlarının Müdafiəsi Departamentinin direktor müavini Vladimir Vovk məlumat verib.

Onun dediyinə görə, 541 uşaq valideynlərini itirib və ya onlarla heç bir əlaqəsi yoxdur.

Vladimir Vovkun dediyinə görə, hazırda onlarda valideynlərini itirmiş 312 uşaq var ki, həmin uşaqların 206-sının heç bir sənədi yoxdur. Departament direktoru müharibə bitəndən sonra bu uşaqların valideynlərinin tapılacağına az da olsa ümid etdiyini bildirir.

BMT-nin məlumatına görə, müharibə başlayandan avqustun 7-dək Ukraynada 12 min 867 nəfər mülki itki qeydə alınıb ki, onlardan 5 401 nəfərinin həlak olduğu müəyyənləşdirilib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  20 Yanvarda həlak olanların ailələri narazıdır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button