2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Rusiyanın Qərbə hədə-qorxu gəlməsi… Lavrovun Ukrayna müharibəsi ilə bağlı flaş bəyanatı

2023-07-12 11:37:12

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir.

Ötən ilin fevralında Rusiya prezidenti Putinin sərəncamı ilə başlayan müharibə Ukraynanın şərq vilayətlərində tam sürətlə davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bir müddətdir Ukrayna ordusunun hücumuna qarşı müdafiə mövqeyində olan Rusiyadan yeni açıqlama gəlib.

NATO-nun Ukraynanın ittifaqa qəbulu üçün ucu açıq prosesdən danışmasının əks-sədası davam edərkən, Rusiya xarici işlər naziri Lavrov İndoneziya mətbuatına açıqlama verib.

“Biz beynəlxalq münasibətlərin hazırkı mərhələsini yeni soyuq müharibə kimi müəyyən etmirik”, – deyən Lavrov əlavə edib ki, Qərb Rusiyanı məğlub etmək cəhdindən əl çəkməyincə Ukrayna müharibəsi bitməyəcək.

Lavrov Ukraynadakı müharibə ilə bağlı belə dəyərləndirmə edib:

“Qərb öz dominantlığını saxlamaq planlarından və marionet Kiyev vasitəsilə Rusiyaya strateji məğlubiyyət vermək vəsvəsəsindən əl çəkənə qədər bu, davam edəcək”.

“Məsələ başqa şeydir, yəni çoxqütblü beynəlxalq nizamın bərqərar olmasıdır. Bu, obyektiv prosesdir. “Hamı görür ki, Avrasiya, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Afrika və Latın Amerikasında yeni qlobal mənalı qərar qəbuletmə mərkəzləri güclənir”, – deyən Lavrov Qərbin bu prosesi ləngitməyə çalışdığını göstərir.

NATO-NUN Ukrayna QƏRARINA ZELENSKİDƏN REAKSIYA

Digər tərəfdən Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitinin ilk günündən sonra danışan Stoltenberq Ukraynanı NATO standartlarına çatdırmaq üçün bir neçə illik proqramın yaradıldığını bildirib.

NATO-nun Ukraynanın ittifaqa qəbulu üçün açıq uclu prosesdən danışması Zelenskinin reaksiyasına səbəb olub.

Zelenski üzvlüyün gecikdirilməsinin “absurd” olduğunu bildirir və müharibənin bitməsi ilə onların üzvlüyə qəbul edilməli olduğunu müdafiə edir.

Ukrayna lideri NATO-dan ölkəsinin Rusiya ilə mümkün danışıqlarında sövdələşmə vasitəsi kimi istifadə etmək imkanını tənqid edir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button