Loading...
Loading...
Xəbərlər

Rusiyanın Qara dəniz donanmasının qərargahı pilotsuz aparatla vurulub

Şənbə günü səhər Rusiya Qara Dəniz Donanmasının ilhaq edilmiş Krımda yerləşən Sevastopol qərargahı pilotsuz uçan aparatla vurulub. Bu barədə Sevastopolun “qubernatoru” Mixail Razvojayev məlumat verib. O, ölən və ya xəsarət alanların olmadığını deyib.

Zərbədən sonra qərargaha gəldiyini bildirən Razvojayevin sözlərinə görə, pilotsuz təyyarə aşağı hündürlükdə uçsa da onu vurmayıblar, “baxmayaraq ki, onlar buxtada atıcı silahlarla işləyirmişlər”.

Razvozhaev Sevastopol sakinlərini yaxın bir saat ərzində evdə qalmağa çağırıb. İlk mesajdan yarım saat sonra Razvozhaev aydınlaşdırıb ki, pilotsuz aparat “donanma qərargahının düz üstündə” vurulub, bundan sonra o, damın üstünə düşüb və alovlanıb. Qara dəniz donanmasının qərargahı üzərində tüstünün fotoları və uçan dronun videosu sosial şəbəkə istifadəçiləri tərəfindən yayımlanıb.

Son günlər Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımdakı hərbi obyektlərə bir neçə hücum olub. Ötən gecə Sevastopol və Yevpatoriyada hava hücumundan müdafiə sistemi işə düşüb. 31 iyul 2022-ci il Hərbi Dəniz Günündə Qara Dəniz Donanmasının qərargahı da pilotsuz aparatın hücumuna məruz qalıb. Nəticədə 6 nəfərin xəsarət aldığı barədə məlumat yayılb və bütün bayram tədbirləri ləğv edilib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Putinlə Si G20-nin sammitinə qatılacaq

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button