2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Səfir: ‘Dağlıq Qarabağın statusunun həll olunduğunu hesab etmirik’

Birləşmiş Ştatlar tərəfləri ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar masasına qaytarmaq üçün mümkün olanı edir. Bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi AzadlıqRadiosu-nun Ermənistan xidmətinin (Azatutyun) sualına cavabında deyib.

Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilib, Minsk qrupunun görəcəyi iş qalmayıb. Bunları nəzərə alaraq səfir Minsk qrupu çərçivəsində danışıqların perspektivini görürmü?

Saytların yığılması Saytlarin yigilmasi

“Bu məsələ gündəmdə qalacaq”

“Biz tərəflərin Minsk qrupu çərçivəsində danışıqlar masasına qayıtması üçün gücümüz çatanı edirik. Çünki hesab edirik ki, bu məsələ danışıqlar yoluyla tənzimlənməlidir. Dövlət katibi Blinken bizim bu məsələyə sadiqliyimizi dəfələrlə bəyan edib. Əlbəttə, 30 illik müharibə və gərginlik mühiti bir gecəyə həll oluna bilməzdi, amma bizim vacib hesab etdiyimiz bəzi fundamental məsələlər var. Biz Dağlıq Qarabağın statusunun həll olunduğunu hesab etmirik və bu məsələ Minsk qrupunun gündəmində qalacaq”, – səfir vurğulayıb.

Azərbaycan ötən il hərbi əməliyyatlar yoluyla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa etdi. Amma qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirildi. Prezident İlham Əliyev müharibə bitəndən sonra dəfələrlə bəyan edib ki, münaqişə artıq həll olunub, status məsələsi də gündəmdə deyil.

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva isə ABŞ-ın Ermənistandakı səfirinin açıqlamasını qəbuledilməz sayır. “Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz”, – APA-nın məlumatına görə, Abdullayeva deyib.

İlkin şərtlər

Rəsmi Yerevan isə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpası məsələsini daim qaldırır, Dağlıq Qarabağın statusunun vacibliyindən danışır. Minsk qrupunun həmsədr ölkələri olan Fransa, ABŞ və Rusiya da danışıqların bərpasına çağırır.

Səfir Treysi danışıqların real bərpasından ötrü ilkin şərtlərlə bağlı da şərh verib.

“İlkin şərtlərlə bağlı mən ölkələrin adından danışmaq istəmirəm. Amma Ermənistan hökuməti aydın şəkildə deyib ki, əsirlər məsələsi həll olunmayanacan genişmiqyaslı müzakirələrə başlamayacaq. Bilirsiniz ki, Birləşmiş Ştatlar konkret addımlar atıb. Rusiyalı tərəfdaşlarımız da müəyyən uğurlara nail olub. Biz əsirlərin hamısının qaytarılacağı məqama çatmaq istəyirik. Əlbəttə, ideal platforma olmasa da, Minsk qrupunun mandatı və legitimliyi var və biz əvvəlki tək onu danışıqlara üçün uyğun platforma hesab edirik”, – Linn Treysi vurğulayıb.

İşgəncə iddiaları

Səfir Ermənistan ombudsmanının hesabatından söz açıb. Həmin hesabatda Azərbaycanda saxlanmış erməni əsirlər onlara ağır işgəncələr verildiyini iddia edirlər. Səfir qeyd edib ki, bütün ölkələri təməl insan haqlarına hörmətlə yanaşmağa çağırırlar. O, həm ombudsmandan, həm də digər mənbələrdən alınan informasiyaları diqqətlə izlədiklərini, insan haqlarının təminatı məqsədilə bütün tərəflərlə işi davam etdirəcəklərini bildirib.

2-ci Qarabağ müharibəsi bitəndən sonra Ermənistana 104 əsirin qayıtdığı bildirilir. Əsirlərə işgəncə verilməsi iddiaları Azərbaycan rəsmiləri tərəfindən təkzib olunur.

Azərbaycan əsirlərin bir qisminin Azərbaycan və Ermənistan arasındakı 10 noyabr razılaşmasından sonra saxlandığını, onların məşələrdə gizlənərək Azərbaycana qarşı terror-təxribatlar planlaşdırdığını bildirib. Təqsirləndirilən şəxslər bu iddialarla razılaşmayaraq deyirdilər ki, rəsmi qaydada silahlı qüvvələrdə xidmətə çağrılıblar. Həmin şəxslərin bir çoxuna məhkəmə cəzası kəsilsə də, sonradan mina xəritələri əvəzində Ermənistana qaytarılanlar oldu.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button